Cərimələr hesabına dolan BÜDCƏ - Azərbaycanda polis 3 aya vətəndaşlara 15 milyon cərimə yazıb

12-05-2017, 09:31   


Fuad İbrahimov: “Belə halların qarşısını vətəndaşların özü almalıdır”

Artıq cərimələrlə doldurulan dövlət büdcəsi formalaşdırılır.Son vaxtlar bir çox sahələrlə bağlı vətəndaşlara yüklənən cərimələrin sayı artır.Yığılan vəsaitlər isə birbaşa olaraq dövlət büdcəsinin formalaşmasına xidmət edir.Azərbaycanda polis 3 aya vətəndaşlara 15 milyon cərimə yazıb. Bu qeyd olunan müddət üçün heç də az məbləğ sayılmır. Bu barədə Dövlət Statistika Komitəsinin 2017-cı ilin yanvar-mart aylarında yaydığı hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, 2017-ci iiln yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq 747,8 min olub. Xətaların 50,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 11,3 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,7 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 15,1 milyon manat məbləğində cərimələr tətbiq edilib. Bütün bunlarla yanaşı digər cərimələrdən də dövlət büdcəsinə daxil olan vəsaitləri nəzərə alsaq, bu kifayət qədər pul deməkdir.Ekspertlər hesab edir ki, çox hallarda cərimələrin yazılması vətəndaşların öz məsuliyyətsizliyindən irəli gəlir.Amma neqativ situasiyalarda da vətəndaşlara qanunsuz cərimələr tətbiq edilir.

Maraqlıdır, 3 ay ərzində dövlət büdcəsinə 15 milyon vəsait daxil edilibsə, digər cərimələrdən nə qədər vəsait yığılıb?



İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, cərimələri təqdim edən dövlət orqanları aylıq, rüblük, yarımillik və illik hesabatlarını Statistika Komitəsinə təqdim edirlər:

“Hal-hazırda ən çox cərimələrin payı Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi xidmətinin hesabına düşür. Paralel olaraq da cərimələr var. Əsasən Azərbaycanda real, xüsusi çəkisi olan cərimə predmeti Dövlət Yol Polisidir. Bundan əlavə vətəndaşlardan kimsə sərhəd rejimini poza, gömrükdə qaçaqmalçılıq tələblərinə riayət etməyə bilər”.

Ekspertin sözlərinə görə bir qədər vətəndaşların özündə də məsuliyyətsizliklər var: “Məsələn, bir ay əvvəl sarı zolağı keçənlərin cərimələnməsi elan olundu. Azərbaycancanda belə bir qaydalar var. Evimizə qonaq gələndə onu ən yaxşı, tamlı yeməklərimizələ, hörmətlə qarşılayırıq.İndi bu məsələyə də bir qədər riayət eləsək, yaxşı olar.15-20 gün ərzində nəzərdə tutulmuş tədbirdir.Bunu boykot edib, özümüzə cərimə ballarının yığılmasının nə mənası var?Belə halların qarşısı vətəndaşın özü tərəfindən alınmalıdır”.

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar