Çempionumuz Türkiyədə niyə güllələnib? - Silahlı qruplaşma ilə ədavət/TƏFƏRRÜAT

16-05-2017, 11:06   


Kikboksinq üzrə dünya çempionu, uşu sanda üzrə Avropa çempionu Eldar Əlizadənin Türkiyədəki insidentdə güllələnməsinin təfərrüatı məlum olub.

BakiPost.az-ın əldə etdiyi məlumata görə, Kastamonu şəhərində baş verən silahlı qarşıdurmanın səbəbi yerli bələdiyyə sədri Tahsin Babaşın oğlu ilə əlaqəli olub.

Belə ki, bələdiyyə sədrinin oğlu Metexan Babaş Kastamonu İdman işləri üzrə müdir vəzifəsində çalışır. Onunla silahlı hücum təşkil edən qrup arasında uzun müddətdir ki, ədavət olduğu bildirilir.


Tahsin Babaş və oğlu Metexan Babaş

Tərəflərin mübahisəsi ötən gecə daha sərt müstəviyə keçib və silahlı insident yaşanıb. E.Əlizadənin isə bələdiyyə sədrinin yanında olması onun da yaralanması ilə nəticələnib.

Qeyd edək ki, BakiPost.az dünən axşam saatlarında Türkiyədə yaşayan və təhsil alan kikboksçu Eldar Əlizadənin güllələndiyi ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, Kastamonu bələdiyyə sədri Tahsin Babaşa qarşı silahlı hücum olub. Nəticədə 6 nəfər yaralanıb. Yaralananlar arasında azərbaycanlı kikboksçu Eldar Əlizadə də olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Bakı Post
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.