CXP genəl başqanı Kamal Kılıcdaroğlu “49-luq “Hayırçı”lar bloku”nu ziyarət etməkdə davam edir.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, Sədaət və Doğru Yol partiyalarını ziyarətdən sonra CXP lideri bu gün Demokrat Partiyasına baş çəkib.
O, Demokrat Partiyasının genəl başqanı Gültəkin Uysalla bir araya gəlib.
Tərəflər yenə də görüşün bir “nəzakət” görüşməsi olduğunu bildirib və burada 2019-cu il prezident seçkiləri, “çatı aday” məsələlərinin müzakirə mövzusu olmadığını sözlərinə əlavə ediblər.
K. Kılıcdaroğlu deyib ki, onlar Türkiyə dövlətini bir adama təslim etmək fikrində deyillər.
G. Uysal isə deyib ki, növbəti prezident seçkiləri 2019-cu ildə deyil, daha tez müddətdə keçirilə bilər.
“Belə düşünürəm ki, 2019-cu ili gözləməyə ehtiyac qalmayacaq”-deyə, o, bəyan edib.
Qeyd edək ki, K. Kılıçdaroğlu növbəti görüşünü mayın 20-də növbədənkənar qurultay (konqre) keçirməyə hazırlaşan HDP rəhbərliyi, daha sonra isə MHP-li müxaliflər, o cümlədən, Meral Akşənərlə keçirəcək.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info
0