Paytaxtın Suraxanı rayonu, 278 saylı orta məktəbdə kütləvi zəhərlənmə olub. Bu barədə anaxeber.info-a məktəbdən verilən məlumata görə, zəhərlənməyə səbəb “Oba” marketdən alınmış “Vesley bello” şokoladları olub.
Məktəbdə zəhərlənən şagirdlər xəstəxanaya çatdırılıb. Əməkdaşımız məktəb direktoru ilə görüşmək istəsə də, onun da xəstəxanada olduğu bildirilib. Şagirdlərin aldığı şokoladın vaxtı keçmiş məhsul olduğu müəyyən edilib. “Oba” marketdə köhnə məhsulların satışı ilk dəfə deyil. Dəfələrlə şikayətlər olub.
Oba” market şagirdləri zəhərlədi xəbərinə - Təkzib
MƏTBUAT ÜÇÜN MƏLUMAT
19-05-2017-ci il tarixində anaxeber.info saytında yayımladığımız “OBA market şagirdləri zəhərlədi” başlıqlı yazı ilə bağlı OBA marketlər şəbəkəsinin məsul əməkdaşları ilə birgə apardığımız araşdırma zamanı məlumatın tam təsdiqini tapmadığı məlum olmuşdur. Zəhərlənmə haqqında redaksiyamıza daxil olan məlumatın, OBA marketlər şəbəkəsində köhnə məhsulların satılması və şikayətlər barədə xəbərlərin OBA marketlər şəbəkəsinin işgüzar nüfuzuna xələl gətirmək üçün məqsədli şəkildə mətbuata ötürüldüyü bilinmişdir. Buna görə də redaksiyamız adından yayılan məlumatın yanlış olsuğunu oxucularımızın diqqətinə çatdırırıq.