Bu gün günorta saatlarında “Xalqlar Dostluğu” metrosunun yaxınlığında, “Laçın” Ticarət Mərkəzinin yanında LOMBARDa silahlı basqın olub. Hurriyyet.org-a hadisə yerindən verilən məlumata əsasən, basqınçılar 3 nəfər olub. Onlar maskalı və silahlı olublar.
Əldə etdiyimiz məlumata əsasən, günorta çağı LOMBARDa daxil olan maskalılar işçiləri silahla hədələməklə külli miqdarda vəsaiti aparıblar.
Mənbə deyir ki, maskalı şəxslər LOMBARD-ın pulunu ələ keçirdikdən sonra, dərhal avotmobilə minərək ərazini tərk ediblər.