Bakıda süni ət belə hazırlanır - Şok Video

30-05-2017, 14:46   
Bakıda süni ət belə hazırlanır - Şok Video

Əvvəlcə qabdakı suyun içərisinə qırmızı rəngdə mənşəyi məlum olmayan maddə əlavə edilir

Bir neçə dəqiqədən sonra yumşaq formada sərtləşməyə başlayır. Bir nəfər də onun üzərinə nə olduğu dəqiq bilinməyən maddələr səpir. Daha sonra maddə burularaq kiçik qaba yerləşdirilir.

Ən sonda isə kəsilərək kolbasa formasına gətirilir. Sosial şəbəkədə yayılan bu görüntülər süni ət məsələsini bir daha gündəmə gətrir.

Qida mühəndisləri deyir ki, süni ət bir neçə yolla hazırlana bilər.

Süni ətdən istifadə uzaq şərq ölkələrində geniş yayılıb. Qida mühəndisi İsa Əliyevin sözlərinə görə, süni ətin hazırlanması zamanı içərisinə qatılan maddələrin tərkibi çox vaxt bilinmədiyi üçün, bu, insan sağlamlığına mənfi təsir göstərə bilər.

Ətin süni olduğunu adi vətəndaşların ayrıd edə bilməsi çox çətindir. Ona görə də ət alarkən bir sıra qaydalara əməl edilməlidir.

Şərq ölkələrində istifadə edilən süni ət ölkəmizə də qaçaqmal yolu ilə gətirilə biləcəyi istisna edilmir. Ona görə də vətəndaşlar ət alarkən görünüşdə və ya yeyərkən dadında qəribə məqam hiss edərlərsə, dövlət qurumlarına məlumat versələr yaxşıdır.

Kənd Təsərrüfatı Naziliyindən isə bildirilib ki, Azərbaycanda hələlik belə fakt qeydə alınmayıb.




ulus.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.