İyunun 1-də Xırdalan şəhərində qorxunc hadisə baş verib. Əldə etdiyimiz məlumata görə, bu şəhərdə yerləşən, amma Cəbrayıl rayonuna aid məktəbdə şagirdlər gözlənilmədən xüsusi bəslənən bir itin hücumuna məruz qalıb. Nəticədə şagirdlərdən 4-ü yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.
İti zərəsizləşdirmək üçün məktəbə təlimçi dəstə çağrılıb. İt zərərsizləşdiriləndən sonra bəlli olub ki, FHN-in itlərindən biridir. Məsələ burasındadır ki, itin hücum çəkdiyi məktəb FHN-in Xırdalandakı binasına bitişikdir. Aydınlaşıb ki, təlim zamanı itlərdən biri nəzarətdən yayınıb və məktəbə üz tutub. Məktəbə daxil ola bilən qapağan it şagirdlərə və müəllim heyətinə əməlli-başlı şok yaşadıb.
Verilən məlumata görə, itin hücumuna məruz qalan şagirdlərə quduzluğa qarşı vaksin vurulub.
azadliq.info