“Ərimin oğurlandığı ölkənin vətəndaşı olmaq istəmirəm”

4-06-2017, 09:37   

Gürcüstan höküməti Əfqan Muxtarlının xanımına və qızına tez bir zamanda vətəndaşlıq verməyə hazır olduğunu bəya edib. Gürcüstanın daxili işlər naziri jurnalistin xanımı Leyla Mustafayevanı iyunun 3-də qəbul edib. Leyla xanım bu təklifdən imtina edib. “Mən yoldaşımın oğurlandığı ölkənin vətəndaşı olmaq istəmirəm” deyib.

Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva Gürcüstanın Baş nazirinin onlara vətəndaşlıq verilməsi ilə bağlı təklifinə mənfi münasibət bəslədiyini bildirib. Leyla Mustafayeva bu təklifi hökumətin şousu kimi qiymətləndirdiyini bildirib. L. Mustafayeva deyib:

“Bir il əvvəl biz yaşamaq hüququ almaq üçün müraciət edəndə imtina etdilər və bunu bizim təhlükəli işlərlə məşğul olmağımızla əsaslandırdılar. Mən Azərbaycan vətəndaşlığından çıxmaq istəmədiyimdən bu təklifdən imtina edirəm.Mən bu məsələ ilə bağlı hökumətin şou düzəltməsinə qarşıyam və Gürcüstanın səlahiyyətli orqanlarının obyektiv və ədalətli araşdırma aparmasını istəyirəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar