Moskvada azərbaycanlı iş adamı borcunu qaytarmadığı üçün diri-diri qəbiristanlıqda basdırılıb.
"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, naməlum şəxslər Hikmət Salayevdən 30 milyon rublu geri qaytarmağını tələb ediblər. Lakin borcu vermədiyini gördükdə iş adamını diri-diri mobil telefonu ilə birgə qəbiristanlıqda basdırıblar.
H.Salayev qəbirdən qardaşı İsmayıl Salayevə zəng edərək yardım istəyib. Qardaşı 1,2 milyon rubl, həmçinin özünün BMW-535 markalı avtomobilini borclu olduqları şəxslərə verdikdən sonra cinayətkarlar Hikməti basdırdıqları yeri nişan veriblər. Xəstəxanaya yerləşdirilən Salayevin qabırğası sınıb.
[media=https://www.youtube.com/watch?v=IMYFTbouZsQ]