Qıza satanşan oğlana lezva ilə ''şram'' atdılar - FOTO

11-06-2017, 22:09   
Qıza satanşan oğlana lezva ilə ''şram'' atdılar - FOTO


Gəncə şəhərində gənc oğlanın üzünü tanınmaz hala salıblar. PressClub.Az-ın əldə etdiyi məlumata görə, hadisə qıza sataşmaq üstündə olub. Belə ki, Gəncə şəhərinin mərkəzi küçəsində ona söz atan oğlanla bağlı gənc qız qardaşına məlumat verib.

Bacısının nişan verdiyi yerə gələn qardaş oğlanı əvvəlcə vəhşicəsinə döyüb, sonra isə özü ilə gətirdiyi lezva ilə üzünü kəsib. Lezvanın açdığı yara o qədər dərin olub ki, oğlanın siması tanınmaz hala düşüb. Yaralını dərhal Gəncədə 3 saylı xəstəxanaya çatdırıblar. Oğlanı Mehman adlı həkim əməliyyat edib.

Qeyd edək hadisə bir neçə gün bundan öncə baş verib.

Criminal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.