Orta Asiyanın işğalı üçün Əfqanıstandan hücuma keçdilər, Azərbaycanı da ... – “TROYA ATI” PLANI

12-06-2017, 11:37   

ABŞ Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatı vasitəsilə Orta Asiyanı işğal etmək istəyir.

Publika.az “Star” qəzetinə istinadən xəbər verir ki, Orta Asiyanın işğal edilməsi üçün Əfqanıstan baza olaraq seçilib: “2008-ci ildə Əfqanıstanı ələ keçirmə hərəkatı başlandı. Əvvəlcə burada FETÖ-nün iki məktəbi açılıb, daha sonra məktəblərin sayı 15-ə qədər artırılıb. Bununla yanaşı, Orta Asiyaya ixrac ediləcək mütəxəssislər də məhz Əfqanıstanda hazırlanır”.

Qəzet qeyd edir ki, Əfqanıstanda yetişdirilən mütəxəssislər Özbəkistanda, Tacikistanda, Qazaxıstanda, Türkmənistanda, hətta Azərbaycanda da fəaliyyət göstəriblər.

“Lakin Orta Asiyanın işğalı üçün təkcə təhsil üzərində yox, həm də polis sistemində də yuva qurublar. Bu plan “soyuq müharibə” dövründə Orta Asiyaya daxil ola bilməyən ABŞ-a aiddir. Vaşinqton tərəfindən Orta Asiyaya “Troya atı” olaraq daxil edilən FETÖ bölgə ölkələrinin hüquq-mühafizə sisteminə sızmaq üçün xüsusi qrup yaradıb. FETÖ məktəbləri əslində Rusiyanın mühasirəyə alınması siyasətinin bir hissəsidir”, - deyə qəzet yazıb.

Asif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.