Rusiya qarışdı: Əhali küçələrə axışdı, 650 həbs - Video

12-06-2017, 20:42   

Rusiyada korrupsiya əleyhinə mitinqlər başlayıb.

Axar.az xəbər verir ki, mitinqlərin 200-ə yaxın şəhərdə keçirilməsi nəzərdə tutulur. Xüsusi aktivlik Vladivostok, Novosibirsk, Peterburq, Kazan və Moskvada hiss edilir. Vladivostok, Novosibirskdə etiraz aksiyasına çıxanların sayı 5000 nəfərə çatıb.

Peterburqda şəhərin mərkəzinə xüsusi təyinatlılar yeridilib. Moskvada isə mitinqə Saxarova prospektində keçirilməsinə izn verilməyib. Buna görə də mitinq Tverski küçəsinə keçirilib.

Mitinqin təşkilatçısı Korrupsiya ilə Mübarizə Fondu və rəhbəri Aleksey Navalnıdır.

***

Rusiya hüquq mühafizə orqanları aksiyaçılara qarşı hərəkətə keçib.

Kazandakı mitinqdə 5 nəfər saxlanılıb. Norilsk şəhərində isə saxlanılanların sayı 10-u keçib.

Vladivostokda da həbslər artmağa başlayıb. Şəhərdə həbs olunanların sayı 20 nəfərdən çoxdur. Bunlardan 3-ü yetkinlik yaşına çatmayanlardır. Şəhərdə saxlanılardan biri polisə hücumda şübhəli bilinir. Aksiyaya qatılan aktivistlərdən biri kazaklar tərəfindən vəhşicəsinə döyülüb.

Moskvada da həbslər müşahidə edilir. Burada həbs edilənlər arasında yetkinlik yaşına çatmayanlar var. Həbs olunanların sayı sürətlə artır. Hələlik bu say 11 nəfərə yaxınlaşır.

Peterburq şəhərində korrupsiyaya qarşı mübarizə üzrə mitinqin təşkilatçısına hədə-qorxu gəlinib. Burada saxlanılanların sayı 50 nəfəri keçib.

***

Peterburqda həbs olunanların sayı 150-yə çatıb. Saxlanılanlar arasında deputat Maksim Reznik də var. Moskvada isə 97 nəfər həbs olunub.

Qeyd edək ki, Navalnı hakimiyyətin təklif etdiyi yerdə mitinq keçirməkdən imtina etdiyi üçün aksiyadan az öncə evinin blokunda həbs edilib.

20:35

Bu gün Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında 650 nəfər saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Moskvada 150, Sankt-Peterburqdakı aksiyada isə 500 nəfər saxlanılıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.