İqtisadiyyat analoqu olmayan sürətlə üzüaşağı gedir

18-06-2017, 19:17   

Azərbaycanda son 5 ayda iqtisadi göstəricilər sürətlə aşağı düşüb. Bu barədə iqtisadçı ekspert, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev məlumat yayıb.

N.Əliyev sual edir ki, Azərbaycan hökuməti üzü aşağı gedən göstəricilər haqqında görəsən, nəsə fikirləşirmi?

Eksper Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən bir neçə sahədəki tənəzzülün miqyasını açıqlayıb. Bəlli olur ki, xam neft hasilatının 5 aylıq həcmi 1 milyon 610 min ton və ya 9,2% azalıb. “Hasilat həcmi “yanvar-may” dövründə hər ay orta hesabla 322 min ton düşüb. Azalmanın 96%-i ABƏŞ-in hesabına baş verib” – deyə N.Əliyev bildirir.


Bundan başqa, ekspert qeyd edir ki, təbii qaz hasilatında da azalma var: “Ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz hasilatının 5 aylıq həcmi 741 milyon kub metr və ya 6,3% enib”.

N.Əliyev bildirir ki, bütövllükdə emal sənayesi üzrə məhsul buraxılışının həcmi də düşüb. O cümlədən, neft məhsullarının istehsalı 7,1%, tütün məmulatlarının istehsalı 38,6%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 58,8%, poliqrafiya məhsullarının istehsalı 32,8% azalıb. DSK-nın yaydığı məlumatlara görə, metallurgiyada, hazır metal məmulatların istehsalında da azalma qeydə alınıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar