“Ölkəmizdə 7 milyondan çox adam qalmayıb” – İşsizlik problemi...

20-06-2017, 22:39   
“Ölkəmizdə 7 milyondan çox adam qalmayıb” – İşsizlik problemi...

Namizəd Səfərov: “İnsanlar işsizlik səbəbi ilə başqa ölkələrə üz tutur”

Bu günlərdə əmək və əhalinin sosial müdafiə naziri məşğulluqla əlaqədar müvafiq qurumlara müraciət edənlərlə bağlı maraqlı statistika səsləndirib. Nazirin sözlərinə görə, ötən illə müqayisədə bu il işlə bağlı müraciət edənlərin sayı iki dəfədən çox azalıb.
Maraqlıdır, müraciətlərin sayının azalması məşğulluq probleminin əsaslı şəkildə həll edildiyi ilə bağlıdır, yoxsa vətəndaşlar artıq bu cür müraciətləri əhəmiyyətsiz hesab edir?
anaxeber.info-a açıqlama verən hüquqşünas Namizəd Səfərov ölkədə işsizliyin baş alıb getdiyini vurğuladı.
“Təbii ki, bu, iş yerlərinin açılması və ya insanların işləmək istəməməsi ilə bağlı deyil. Ölkədə işsizlər ordusu var. Rəsmi statistika nə deyirsə-desin, bu gün ölkəmizdə yeddi milyondan çox adam qalmayıb. İnsanlar işsizlik ucbatından köç edib gedirlər. Rusiyaya, Türkiyəyə, Avropaya üz tuturlar. Hər gün onlarla insan isə öz işini itirir. İşləyən əhalinin sayı hər gün azalır. Rəsmi statistikalar reallığı əks etdirmir. İnsanlar alverlə, ticarətlə birtəhər başlarını saxlamağa çalışırlar. Bu bir faktdır ki, ölkəmizin ən böyük problemlərindən biri işsizlikdir.
3 milyon yarım əhalisi olan Gürcüstanda 8 min vəkil işləyir. 10 milyon vətəndaşı olan Azərbaycanda isə təxminən 700 vəkil işləyir. Bu müqayisənin özü əsl reallığın nədən ibarət olduğunu göstərir”.

Seymur Əliyev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar