Zahid Oruc: “Bu, Ermənistanda siyasi böhrana səbəb olar”
Ermənilərin hər zaman hərbçilərimizlə yanaşı, mülki şəxsləri də hədəf aldığı, qadın, uşaq demədən hər kəsi atəşə məruz qoyduğu məlumdur. Maraqlıdır, Azərbaycan necə, düşmən mülkilərini hədəf almalıdırmı? Doğrudanmı sadə vətəndaşlarımıza rəhm etməyən düşmənin mülki şəxslərinə mərhəmət göstərməyə ehtiyac var?
anaxeber.info-a açıqlama verən millət vəkili Zahid Oruc orumuzun hədəfinin düşmən hərbçiləri olduğunu bildirdi:
“Şübhəsiz, döyüş əməliyyatlarını qabaqcadan tam ssenariləşdirmək mümkün deyil. Çünki döyüşdə hər an planlaşdırılmayan situasiya meydana çıxa bilər. Azərbaycan ordusunun məqsədi heç vaxt sadə əhali ilə döyüşmək olmayıb. Orada erməniləri girov saxlayan, onları ölkəmizə qarşı müharibəyə sitimullaşdıran və sadə xalqı normal təsərrüfat həyatından uzaqlaşdıran Sərkisyan rejimi və ondan əvvəlki komanda olub. Bizim üçün silahsız erməni xalqı ilə müharibə ideologiyası yaddır. Baxmayaraq ki, bizim məfkurə sistemlərini, təfəkkür modellərini hərbiləşdirilmiş sayırlar, bu, çox yanlış düşüncədir.
Lakin ermənilərin Silahlı Qüvələri bilməlidirlər ki, onların Azərbaycana qarşı hərbi addımları əks zərbəyə çevrilir və mülki insnaların canını alır, həyatına son qoyur. Bu baxımdan onlar düşünməlidirlər ki, silahı yerə qoyacaqları təqdirdə Azərbaycan Cocuq Mərcanlı kimi, bütün Qarabağın bərpasını təmin edəcək. Bu, onlaırn təhlükəsizliyinin də təminatıdır.
Bizim üçün önəm kəsb edən Azərbaycana qarşı silah yönəldən erməni əsgər və zabitləridir. Onlar zərərsizləşdirildiyi təqdirdə arxa cəbhədəki onların doğmaları öz hakimiyyətləri üzərinə daha çox yürüyəcək və böhran Ermənistanın siyasi sferasını da əhatə edəcək”.
Seymur Əliyev