“Azərbaycan Qarabağı qaytarmaq üçün müharibəyə hazırlaşır” – Rusiyalı hərbi ekspert

27-06-2017, 09:31   
“Azərbaycan Qarabağı qaytarmaq üçün müharibəyə hazırlaşır” – Rusiyalı hərbi ekspert

“Rusiya Azərbaycana ilk növbədə kommersiya maraqlarından çıxış edərək silah satır. Azərbaycan silahların tam haqqını ödəyir, Rusiya da müvafiq surətdə onu alır. Ancaq Azərbaycanın siyasəti nöqteyi-nəzərincə, bu, müharibəyə hazırlıqıdır”.



Musavat.com-un məlumatına görə, bu sözləri tanınmış rusiyalı siyasi və hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktoru Aleksandr Xramçixin Rusiyadan Azərbaycana son partiya silahlar göndərilməsini 1 in.am portalına şərh edərkən deyib.



Onun sözlərinə görə, bu - Bakı ilə Moskva arasında bir neçə il öncə əldə olunmuş anlaşmaya uyğun surətdə reallaşan planlı bir göndəriş olub. “Mən təkrar edirəm, bu, tər-təmiz bir kommersiya sövdələşməsidir. Çünki neftin qiyməti yüksək olduğu dönəmdə Azərbaycan ən yeni hərbi texnikalar almağa hazır idi. Rusiya da bu silahlardan ona satıb. Vəssalam, tər-təmiz bir kommersiya”, - deyə Xramçixin erməni tərəfini sakitlıəşdirməyə çalışıb.



Rusiyalı analitik bunun ardınca erməniləri sakitləşdirməyə çalışmaqda davam edərək deyib: “Ermənistan isə Rusiyadan “İsgəndər” kompleksləri alıb. Bu – eksklüziv bir silah tədarüküdür. Çünki belə bir silah Rusiyadan və Ermənistandan savayı heç bir başqa ölkədə yoxdur. Özü də bildiyim qədər, Ermənistan bu sistemi tam qiymətinə almayıb. Rusiya hesab edir ki, Azərbaycanda istənilən nöqtəni vurmaq bacarığına malik “İsgəndər”lərlə Azərbaycana silah verilməsini tamamilə kompensasiya edib”.



Bununla belə, rusiyalı ekspert onu da etiraf edib ki, Rusiya silah-sursatı Azərbaycanın hərbi potensialının artmasına gətirib. “Əlbəttə ki, Rusiya siyasəti nöqteyi-nəzərincə, Moskva kompensasiyanı təmin edib. Lakin Azərbaycanın yanaşması axı, başqadır: Bakının nəzərincə, bu, təbii ki, müharibəyə hazırlıqdır. Azərbaycan Qarabağı qaytarmaq üçün yeganə olan müharibəyə hazırlaşır”, – o, qeyd edib.



Xatırladaq ki, iyunun 24-də Azərbaycanın Müdafiə Nazirliyi Rusiyadan yeni növ silah-sursat alındığı haqda məlumat yayıb. Yayılan fotolardan göründüyü kimi, bu hərbi texnika arasında “Xrizantema C” tank əleyhinə raket sistemləri də var.



Bu texnikanın üstünlükləri haqda danışan rusiyalı ekspert deyib: “Xrizantema”, necə deyərlər, döyüş meydanı üçündür və bu silah Azərbaycana həmin o yeganə müharibənin gedişində gərək olacaq. Bu silah əlbəttə ki, Ermənistana qarşı tətbiq olunacaq. Mən düşünmürəm ki, Azərbaycan İranla müharibəyə hazırlaşır. Əlbəttə ki, nəzəri baxımdan heç nəyi istisna eləmək olmaz. Bununla belə, Azərbaycanın tək düşməni Ermənistandır”.




Siyasət şöbəsi
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.