Hakimiyyətdən şok addım: 50 mindən çox məmurun “paket” maaşı kəsilib - Təfsilat

29-06-2017, 10:18   


Son aylar paket və ya “konvert” maaşların kəsilməsi ilə bağlı söz-söhbətlərin ardı-arası kəsilmir; Müxtəlif dövlət idarə və müəssisələrdə çalışanlar daha paket maaş ala bilmədiklərini deyirlər...

Azərbaycanda müxtəlif hesablamalara görə hardasa 50-65 min nəfər paket maaş alır.

Hər müəssisədə rəsmi əmək haqqından əlavə ödənilən “paket maaş”ların qiyməti fərqlidir. “Paket maaş”lar 200 manatdan 30 min manata qədər dəyişə bilir.

Ümumiyətlə hər ay bu yolla maliyyə bazarına 70-85 milyon manat, il ərzində orta hesabla 950 milyon manat vəsait daxil olurdu.

Son aylar paketlərin azaldılması və ya ləğv edilməsi nəticəsində yaxın gələcəkdə bazara daxil olan vəsaitə təsir edəcək.

Bu da daxili tələbatın azalması, real sektorun daralmasına, bir sözlə, “nağd pul”qıtlığına gətirib çıxara bilər. Azərbaycanda “paket maaş” təcrübəsi 90-cı illərdən mövcuddur.

Maaşın rəsmi hissəsi az göstərilir, qalanı “konvert”də verilir. 90-cı illərdə bu təcrübə çox yayılmışdı. Bunun əsas problemi odur ki, “konvert”də maaş alanlar pensiya az alacaqlar.

Çünki bu rəsmi maaş hesab olunmur. Əvvəllər çox işçi “konverdə maaş” alırdı. İndi bu təcrübə elə də yayğın deyil. Özləri bilirlər ki, kimə versinlər, kimə yox.

Azərbaycanda 90-cı illərdən bəri “paket maaş” təcrübəsi 80 faiz azalıb.

Bu mövzu bir neçə il əvvəl prezident İlham Əliyevin çıxışında da səslənmişdi. O zaman dövlət başçısı ikili mühasibatlığa son qoyulmasını tələb edirdi.

Hakimiyyəti yeni siyasi xəttində etdiyi dəyişikliyin davamı olaraq nazirliklərdə, komitələrdə, idarə və müəssisələrdə “paket”lər imi dayandırılıb.

Hökumət məmurların oliqarx həyatına son qoyur. Dövlətdən aldığı maaşdan əlavə “paket” alan idarə rəislərinin qara günləri başlayıb və nə büdcə oğurluğu, nə də “paket” sistemi olacaq.

Belə bir şəraitdə təbii ki, hökumət büdcə xərclərinin yerinə yetirilməsində problemlərin yaranmaması üçün indidən alternativ mənbələr barədə fikirləşmək məcburiyyətindədir. Belə bir mənbə kimi ilk növbədə müxtəlif dövlət strukturları tərəfindən yığılan, ancaq rəsmiləşdirilməyən gəlirlərin çıxış etdiyini söyləyə bilərik.

Məsələn, MTN və rabitə işi üzrə məhkəmələrdə vəzifəli şəxslərin ifadələri təsdiqləyir ki, dövlət orqanlarında məmurlara “paket maaş”la yaşayıb. İndi isə dövlətin imkanları azalıb, gəlirlər əvvəlki qədər deyil, o halda büdcəyə nəzarət güclənməlidir.

Ulus.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar