Əyyub Kərimov: “Bunun özü dələduzluğun bir formasıdır”
“Azərbaycanda qadınlar arasında ən çox yayılan cinayət dələduzluqdur”.
Bunu anaxeber.info-a açıqlamasında hüquqşünas Əyyub Kərimov bildirib. Onun sözlərinə görə, bu, acı da olsa günün reallıqlarından biridir:
“Əminliklə demək olar ki, bu gün qadınlar arasında törədilən cinayətlər arasında dələduzluq cinayətləri daha çox nəzərə çarpır. Bəzi dələduzlar vətəndaşların pullarını mənimsəmək üçün qeyri-adi üsullara əl atır, hətta pula görə insanların həyatını belə təhlükə altında qoyurlar. Bir çox sahələrlə yanaşı bu cür hallara səhiyyə sektorunda da rast gəlinir.
Bəzən ömründə bir qurbağa yarmayan, tibdən başı çıxmayan “həkim” pula görə özünü plastik cərrah kimi təqdim edir, üz kəsir, əməliyyat aparır. Nəticədə, gözəlləşmək istəyən vətəndaşın siması daha qorxunc görkəm alır, səhhətində ciddi problemlər yaranır. Son vaxtlar bu cür halların sayının artması, mediada bu haqda yer alan məlumatlar dediklərimizə sübutdur. Belə davam etsə, o zaman bizə Qobustan kimi daha 10 həbsxana lazım olacaq”.
Seymur Əliyev
anaxeber.info