Araz Əlizadə: "Problemin ən effektli həlli dığalarla birdəfəlik hesablaşmaqdır"
Son günlər sosial mediada Rusiyadan çoxlu sayda turistin Azərbaycanın işğal edilmiş torpaqlarına səfər etməsi, Şuşada, Kəlbəcərdə, digər ərazilərdəki istirahət mərkəzlərində dincəlməsini əks etdirən video materialların sayı artmaqdadır. Maraqlıdır, Rusiyadan Qarabağa ünvanlanan bu axının qarşısını almaq, Ermənistan büdcəsinin turizm pulları hesabına "çiçəklənməsini" əngəlləmək üçün rəsmi Bakının etməli olduğu nə isə varmı?
anaxeber.info-a açıqlama verən millət vəkili Araz Əlizadə Azərbaycanın məlum problemlə bağlı iki addım ata biləcəyini vurğuladı:
"Azərbaycan bu məsələ ilə bağlı iki addım ata bilər. Bunlardan biri odur ki, Azərbaycan Rusiyaya nota versin. Qarabağa qanunsuz səfər edən turist şirkətləri ilə bütün əlaqələr kəsilsin. Bu, daha az nəticə verən bir addımdır. Lakin problemin həlli baxımından daha effektli variant odur ki, erməni dığaları işğal edilmiş torpaqlardan çıxarılsın. Rusiya da yana-yana qalsın".
Seymur Əliyev