Azərbaycanın Qarabağda “amerikansayağı müharibə” aparması mümkündürmü?

8-07-2017, 11:10   
Azərbaycanın Qarabağda “amerikansayağı müharibə” aparması mümkündürmü?

Üzeyir Cəfərov: “Bu gün istifadə edilən döyüş metodu da effektlidir, amma...”

Çağdaş dünyanın bir nömrəli super gücü hesab edilən ABŞ-ın XX əsrin sonlarından etibarən apardığı müharibələrdə diqqət çəkən ən mühüm özəlliklərindən biri, onun minimal əsgəri itki hesabına maksimum nəticələr əldə etməsidir. Maraqlıdır, bu günə qədər hərbi texnika və silah-sursata milyardlarla manat vəsait xərcləyən Azərbaycanın da Qarabağda “amerikansayağı müharibə” aparması, cüzi əsgəri itkilər hesabına işğaldakı torpaqları azad etməsi mümkündürmü?


anaxeber.info-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Hesab edirəm ki, son günlər cəbhənin ayrı-ayrı istiqamətlərində sözün birbaşa mənasında həyasızlıq və alçaqlıq edən Ermənistan Silahlı Qüvvələrini bizim ordumuz birbaşa döyüşə qatılmadan da cəzalandıra bilər və cəzalandırmalıdır. Şükürlər olsun ki, Silahlı Qüvvələrimizin arsenalında ən müasir pilotsuz uçan aparatlar (PUA) var ki, ötən ilin aprel ayında təkcə o silahların adı gələndə düşmən dəhşətli vahimə və panika yaşayırdı. Öz müdafiə sənayemizin məhsulu olan "Zərbə" PUA-lar, həmçinin Müdafiə Nazirliyinin indiyə kimi nümayiş etdirmədiyi xeyli silah və sursatımız var ki, onlar işğalıçı ordunun canlı qüvvəsini və texnikasını davamlı şəkildə sıradan çıxartmağa qadirdi.
Bu gün dünyanın əksər imkanlı orduları həm qanunsuz silahlı dəstələrə qarşı mübarizədə, həm də real döyüşlərdə məhz bu taktikadan geniş istifadə edirlər.


Amerika kimi dünya nəhəngi, hansının ki, maliyyə imkanları yüz milyardlarla ölçülür, çalışır ki, birbaşa təmas olmadan düşməni sıradan çıxartsın. Buna "amerikasayağı müharibə" adı da verilib. Nə ad olursa-olsun, fərq etməz, deməkdə məqsədim odur ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin geniş imkanları var ki, düşmənə ağır və sarsıdıcı zərbələr yetirsin. Bu həm düşmən ordusunda maddi və mənəvi itkilərə səbəb olar, həm də düşmən etdiyi ağılsızlığa görə sərt şəkildə cəzalandırılar.
Prinsip etibarı ilə, bu gün istifadə edilən döyüş metodu da yəqin ki, effektlidir, amma hesab edirəm ki, düşməni demorolozə etmək, onu əldən salmaq üçün biz mütləq heç nəyə baxmadan yuxarıda qeyd etdiyim, bahalı da olsa silah-sursatlardan mütləq istifadə etməliyik”.

Seymur Əliyev
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar