Yol polisi komandiri Bakıda qəza törətdi - Şəxsi avtomobili müşayiət edirmiş

14-07-2017, 12:26   

Bakıda yol polisi əməkdaşı ağır yol nəqliyyat hadisəsi törədib.

BakuPost.az xəbər verir ki, hadisə Bayılda, Bayraq meydanının yanında olub. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşı, tağım komandiri, baş leytenant Əlizadə Məmmədəli idarə etdiyi 99 YP 350 dövlət nömrə nişanlı maşını meydanın yaxınlığında yol qırağındakı maneəyə çırpıb. Sürücü xəsarət alıb.

Məlumata görə o, dövlət nömrə nişanı 900 olan şəxsi avtomobili müşayiət edirmiş.

Məsələ ilə bağlı BŞDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdan açıqlama almaq istəsək də, telefon nömrələinə zəng çatmadı.

Səbail rayon Dövlət Yol Polisi İdarəsindən və Polis İdarəsindən isə belə bir informasiyaya malik olmadıqlarını bildirdilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.