Meşədə işgəncə və videoşantaj: xüsusi təyinatlılar 5 azərbaycanlı qulduru yaxalayır VİDEO, YENİLƏNİB

28-07-2017, 22:03   


Moldovada azərbaycanlı biznesmenləri oğurlayıb meşədə işgəncə verən, onların işgəncə görüntülərini çəkib şantaj edərək iri məbləğlərdə pullarını, əmlaklarını ələ keçirən banda üzvlərinin həbsi əməliyyatından videogörüntülər yayılıb.

Virtualaz.org Moldova mənbələrinə istinadən xəbər verir ki, əməliyyat Beltsa rayonunda keçirilib. Xüsusi təyinatlı polislər müəyyən olunmuş ünvana qəfil basqın edərək 5 Azərbaycan vətəndaşını həbs edib. Onların yaşları 25-50 arasındadır, adları açıqlanmır.


* * *13:00

Moldova Baş prokurorluğu bu ölkədə fəaliyyət göstərən azərbaycanlı biznesmenləri şantaj və işgəncələrə məruz qoyan qruplaşmanın üzvlərinin həbsi barədə məlumat yayıb. Virtualaz.org xəbər verir ki, həmin qruplaşma üzvləri də azərbaycanlılardan ibarətdir, lakin adları hələlik açıqlanmır.

Moldova Baş prokurorluğunun bildirdiyinə görə saxlanılan şəxslər azərbaycanlı biznesmenləri oğurlayıb, təhdid və şantaj edib, onları məcbur edib ki, əmlaklarını başqalarının adlarına keçirsinlər və iri məbləğlərdə pul versinlər.



Məsələn, Drokiyevsk rayonundan olan biznesmeni qruplaşma üzvləri meşəyə aparıb və ağaca bağlayaraq işgəncə verib. Onlar həmin biznesmendən 17.5 min avro alıblar. Pulu verməyəcəyi təqdirdə ailə üzvlərinə divan tutacaqlarını deyiblər. Qruplaşmanın izinə Beltsa şəhərində yaşayan biznesmenin polisə şikayətindən sonra düşmək mümkün olub. Xüsusi təyinatlı polislər qruplaşmanı yaxalamaq üçün əməliyyat keçirib, onların evində silah, döyüş sursatı, habelə azərbaycanlı biznesmenlərin işgəncəyə məruz qaldığını əks etdirən videofayllar tapılıb. Banda üzvlərini 15 ilə qədər həbs gözləyir.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.