SON DƏQİQƏ! Kürdə batan gəncin axtarışı üçün 5000 pul istədilər - Bakı-Astara magistralı bağlandı – Foto

6-08-2017, 12:47   


Kürdə batan gəncin axtarışı üçün 5000 pul istədilər, qohumları Bakı-Astara magistralını bağladı.

Bu saatlarda Qobustan ərazisində Bakı-Astara magistral yolu bağlanıb.

“Basta”ya verilən məlumata görə yolun bağlanmasına səbəb dünən Kürdə batan Elvin Paşayevin meyidinin axtarışlarının dayandırılması, davam edəcəkləri təqdirdə 5000 manat pul istənilməsidir.

Artıq bir neçə saatdır ki, magistral yolu bağlayan Elvinin qohumları Fövqaladə Hallar Nazirliyinin Xüsusi axtarış qrupunun axtarışı dayandırmasına və 5000 manat pul isənilməsinə etiraz edirlər.

“Basta” əməkdaşının suallarını cavablayan Elvin Paşayevin qohumu Vüsal Əliyevin sözlərinə görə Fövqaladə Hallar Nazirliyindən Kür çayının qarşısı kəsilib, qurudulmadığı təqdirdə axtarışı davam etdirə bilməyəcəklərini bildiriblər. Artıq iki gündür meyidi suda qalmış Elvinin qohumları isə meyidi tapıb onlara verməsələr yolu açmayacaqlarını bildirirlər.

Məlumata görə polis məsələyə müdaxilə etməyə çalışır. Elvinin qohumları ilə polis arasında kiçik qarşıdurmalar baş verir.




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.