Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev anaxeber.info-a açıqlamasında maraqlı təkliflə çıxış edib. Partiya sədri məmurların özləri ilə yanaşı, ailə üzvlərini də nəzarətdə saxlamağın vacib olduğunu bildirib. Onun sözlərinə görə, məmurlar xalqdan oğurladıqları pulu ailə üzvləri ilə birlikdə xərclədikləri üçün, onların ailə üzvləri də baş verənlərə görə məsuliyyət daşıyır:
“Məmurların özləri ilə yanaşı, onların balalarına da cəza tətbiq edilməlidir. Hansısa məmur büdcəni talasın, sonra onun da balası gedib otursun xaricdə kef eləsin, bu, nə deməkdir? Elə onların da istədiyi budur ki, xalqın olan-qalanını əlindən alıb xaricə üz tutsunlar, orada kef çəksinlər. Məmular yığdıqları pulları tək yemir, onu aparıb ailələrinə verirlər. Onlardan bu haram pulun mənbəyini öncə ailə üzvləri soruşmalıdır. Onlar soruşmalıdır ki, bu qədər pulu hardan necə qazanırsan? Buna görə də məmurların ailə üzvləri – arvadları, övladları da daim nəzarətdə saxlanılmalıdır. Çalışmaq laızmdır ki, xalqdan oğurlanan pullara görə bu şəxslər ədalət qarşısında cavab versinlər”.
anaxeber.info