" Demokratik sistem olmadıqca, mediada inkişaf olmayacaq"

16-08-2017, 07:20   


Mehman Əliyev: " Hələ ki, medianın vəziyyəti kifayət qədər pisdir"

Medianın mövcud durumu, onun yaxın gələcək üçün perspektivləri hər zaman olduğu kimi bu gün də sözügedən sektorda çalışan, onunla bağlı olan bütün şəxs və qrupların əsas maraq dairəsini təşkil edir. Bəs medianın gələcəyi ilə bağlı optimist olmağa əsas varmı?

anaxeber.info-a açıqlama verən "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev medianın inkişafı üçün ciddi dəyişikliklərə ehtiyac olduğunu vurğuladı:
"Media bu sistemin bir parçasıdır. Sistem dəyişməsə, azad bazar və demokratik sistem olmasa, media üçün heç bir inkişaf ola bilməz.
Hələ ki, medianın vəziyyəti kifayət qədər pisdir. Media ictimai institut kimi öz funksiyasını yerinə yetirə bilmir. Habelə, kommersiya institutu kimi öz funksiyasını yerinı yetirə bilmir. Bu, ciddi problemdir və medianın gələcəyi ilə bağlı optimist olmağa o qədər də əsas vermir".

anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.