Fazil Mustafa: "Türkiyəyə olan zərər, həm də Azərbaycana olan zərərdir"
Suriyanın şimalında müstəqil Kürdüstanın yaranması bu ilin sentyabr ayında reallaşa bilər. Maraqlıdır, baş verənlərin Azərbaycan üçün də zərərli nəticəsi ola bilərmi? PKK-Ermənistan əməkdaşlığının tarixini nəzərə alsaq söyləmək olarmı ki, Kürdüstanın yaranmasından sonra PKK-nın Ermənistana dəstəyi arta bilər?
anaxeber.info-a açıqlama verən millət vəkili Fazil Mustafa Türkiyəyə olan zərərin həm də Azərbaycana olan zərər kimi qəbul edilməsi gərəkdiyini vurğuladı:
"Məsələ ondadır ki, Türkiyəyə olan zərər, həm də Azərbaycan üçün zərərdir. Çünki Türkiyə Qarabağ məsələsində bizi dünya arenasında müdafiə edən yeganə dövlətdir. Türkiyə Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verir. Türkiyənin sərhəddin terrorizmin dövlət şəklində formalaşması çox böyük bir təhlükədir."
anaxeber.info