“Hakimiyyət seçki ərəfəsində ona tabe olmayan media orqanını susdurmağa cəhd edir”

18-08-2017, 08:18   

“Turan” Agentliyi ilə bağlı baş verənlərin arxasında siyasi amillər dayanır”



“Turan” Agentliyi ilə Vergilər Nazirliyi arasında baş verən qalmaqal, daha doğrusu informasiya agentliyinə qarşı cinayət işinin açılması, redaksiyada axtarışların aparılması və s. demokratik kəsimin ciddi narahatlığına səbəb olub. anaxeber.info-a açıqlamasında baş verənlərə münasibət bildirən VİP sədri Əli Əliyev proseslərin arxasında siyasi amilin dayandığını vurğulayıb:
“Mən korrupsiya və rüşvətin tüğyan etdiyi bir ölkədə yaşayıram. Bu vaxta qədər şahid olmamışam ki, Vergilər Nazirliyi hansısa müəssisədə bu miqyasda yoxlama həyata keçirmiş olsun.
Əminəm ki, bu, siyasi məsələdir. Bunun arxasında nəyin dayandığını deyə bilmərəm. Hara qədər təzyiq göstəriləcəyini də bilmirəm.
“Turan” hakimiyyətə tabe olmayan azsaylı vahələrdən biridir. Bu vahənin susdurulması üçün təzyiq yolunu tutublar. “Turan” Agentliyi ilə ağlı baş verənlər prezident seçkiləri ərəfəsində nəzarətdə olmayan, xüsusən beynəlxaq ictimaiyyətin məlumat mənbəyi kimi istifadə etdiyi agentliyin ən azı psixoloji, ən çoxu isə media orqanı olaraq sıradan çıxarılmasına hesablanıb”.
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.