“Mehman Əliyevin həbsinə göstəriş verənlər İlham Əliyevin bədxahlarıdır”

25-08-2017, 23:37   



Zərdüşt Əlizadə: “Onlar hakimiyyəti tənqid və tənə hədəfinə çevirmək niyyətindədirlər”

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsi həm media, həm də siyasi müstəvidə ciddi narahatlığa səbəb olub.


anaxeber.info-a açıqlamasında baş verənlərə münasibət bildirən politoloq Zərdüşt Əlizadə bunu dövlətə qarşı düşmənçilik kimi dəyərləndirib:
“Mehman Əliyevin həbsinə göstəriş verən adamlar Azərbaycan dövlətinin düşmənidir. Onlar Azərbaycan dövlətinə ziyan vurmaq, onu bədnam etmək, hakimiyyəti tənqid və tənə hədəfinə çevirməyi qarşılarına məqsəd qoyublar.
M.Əliyevin həbsinə sərəncam vermiş adamlar Azərbaycan dövlətinin düşmənləridir, bədxahlarıdır. Onlar şəxsən İlham Əliyevin bədxahlarıdır”.



anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.