Xəbər verildiyi kimi, Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəza nəticəsində dünyasını dəyişib.
İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib.
Azxeber.com idmançının anasının Livandakı səfirlik əməkdaşı ilə söhbətinin səsyazısını əldə edib. Çarəsiz ana diplomatların meyidə görə rüşvət tələb etdiyini deyib: “Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz siz məndən 40 min dollara yaxın pul istəyirsiz ki, meyiti göndərəsiz. Heç utanmırsız? Bəs siz nəyə görə orada çalışırsız? Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər. Mən dövlət işində çalışıram, o qədər pulu hardan tapım? Mən sadəcə oğlumun meyidini istəyirəm.”
Qeyd edək ki, Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürovdur.
Həmin səsyazını təqdim edirik:
[media=https://www.youtube.com/watch?time_continue=2&v=iWSj8NRk-CQ]