Daha bir məmur oğlu, yüksək sürət və... 2 ölü, 2 yaralı DİN-İN MƏLUMATI

8-09-2017, 12:59   


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini - A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Bildirildiyinə görə, A.Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.