Bu gün Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin oğlu Kazımın toyudur. Əldə etdiyimiz məlumata görə, "Jumeirah" kimi tanınan "Bilgah Beach Hotel”də baş tutan mərasimdə prezident İlham Əliyevin ailə üzvləri - Mehriban Əliyeva, Leyla Əliyeva və Arzu Əliyeva da qonaqlar arasındadır.
Toyda Mehriban xanımın atası Arif Paşayev və bacısı Nərgiz Paşayeva da iştirak edir. Həmçinin mərasimə səhiyyə işçiləri və yüksək vəzifəli məmurlar da təşrif buyurublar. Deyilənlərə görə, Oqtay Şirəliyev hansısa iş adamı ilə quda olur.
Onu da əlavə edək ki, toyda aparıcılığı Kamilə Babayeva edir. Mərasimdə AzTV-nin solisti Elton Hüseynəliyev mahnıları ilə çıxış edir. Həmçinin əməkdar artist Ədalət Şükürov da toyda mahnı ifa edib.
Criminal.az