Yaqland Azərbaycanı Avropa Şurasından çıxarmaqla hədələdi

14-09-2017, 08:43   
Yaqland Azərbaycanı Avropa Şurasından çıxarmaqla hədələdi

Avropa Parlamenti “Azərbaycanın Pulyuma Maşını” ilə bağlı araşdırma aparılmasını tələb edir

Avropa Parlamentinin deputatları Bakının Avropa qərarvericilərinə qanunsuz yollarla təsir göstərməyə cəhd etdiklərini bildirirlər. Avropa Şurası isə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərinin icra edilmədiyinə görə hüquqi addımların atılmasını tələb edir.

Avropa Parlamenti Guardian və onun media tərəfdaşlarının aşkara çıxardığı faktlarla bağlıaraşdırma aparılmasınıtələb edir. Həmin faktlara əsasən Azərbaycanın avtoritar rejimi özünün müsbət imicini formalaşdırmaq üçün bir sıra nüfuzlu avropalılara 2.9 milyardlıq çirkli fonddan pul ödəmişdir. Korrupsiya ilə bağlı hesabata edilən son dəyişikliyə görə Avropa parlamentarları Azərbaycanın və digər avtokratik rejimlərin Avropa qərarvericilərinə qanunsuz yollarla təsir göstərmək cəhdlərilə bağlı dərin və hərtərəfli araşdırmanın aparılmasını tələb ediblər.
Ayrıca olaraq, Avropa Şurasının baş katibi Torbörn Yaqland İnsan Hüquqlarına üzrə Avropa Məhkəməsinin qərarına zidd olaraq siyasi məhbusu azadlığa buraxılmadığı üçün Azərbaycana qarşı analoqu olmayan hüquqi addım atmağı tələb edir. Avropa Şurası və Avropa Məhkəməsi Avropa Birliyinin tərkib hissəsi deyil, lakin onların eyni zamanda atdığı addımlar Azərbaycanda siyasi repressiyaların və korrupsiyanın Avropa siyasi gündəmini necə zəbt etdiyini göstərir.
Yaqlandin müdaxiləsinin 2013-cü ildə etirazları təşkilinə və orada iştiraka görə həbs olunan İlqar Məmmədovun üzərində fokuslaşıb. Avropa Məhkəməsinin hakimləri onun Azərbaycan hakimiyyətini tənqid etdiyi üçün həbs olunduğunu təsbit ediblər, lakin hökumət onu azad etməkdən imtina edib.
Avropa Şurası səfirlərilə çərşənbə günü keçirilən görüşdə Yaqland Avropa Şurasının 68 illik tarixində presedenti olmayan bir addım atmağa- İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarını icra etmədiyinə görə Azərbaycana qarşı hüquqi prosedurların başladılmasına çağırış etmişdir. “Avropada siyasi məhbus olmamalıdır və biz ən yüksək məhkəmənin İlqar Məmmədovun saxlanılmasının və həbsinin qanunsuz olduğunu aydın şəkildə təsbit edən qərarı oladuğu halda Azərbaycan tərəfinin onu azadlıqdan məhrum etməsi kimi hallarla barışmamalıyıq”- bunu Yaqland Guardiana verdiyi açıqlamasında bildirib. Artıq Azərbaycanın Avropa Şurasının üzvü olaraq bu təşkilat qarşısında öhdəlikləri və onlara əməl etmək istəyib-istəməməsi barədə ciddi şəkildə düşünmək zamanı çatıb”.
Yaqland Azərbaycana münasibətdə Avropa Şurası Konvensiyasının 46.4-cü maddəsinin tətbiq edilməsini istəyir. Bu addım nəticə etibarilə Azərbaycanın insan hüquqları qurumundan çıxarılmasını ehtiva edir. Bu “nüvə silahı seçimi”ndən əvvəllər heç vaxt istifadə edilməyib və o, məhkəmə qərarının ardınca Avropa dövlətlərinin xarici işlər nazirlərindən də müvafiq addımların atılmasını tələb edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.