Azərbaycan məktəblərində “Böyük Ermənistan” təbliğatı FOTO

7-10-2017, 18:30   


Orta məktəblərin rus bölməsinin 10-cu sinif dərsliyində “Böyük Ermənistan” təsviri olan xəritə yer alıb. Bu barədə bloger Azər Kazımzadə məlumat yayıb.
“Bu kitab Təhsil Nazirliyi tərəfindən təsdiq olunaraq, böyük maliyyə vəsaiti hesabına orta məktəblərin Rus bölməsinin 10-cu sinifi üçün (Umumi Tarix kitabı) hazırlanaraq orta məktəblərə avqust ayından göndərilib. Kitabın 32-ci səhifəsində Şimali və Cənubi Azərbaycan əraziləri “böyük ermənistan” ərazisi kimi göstərilib. Müəllimlərin kütləvi narazılığını nəzərə alaraq, 4 gündür kitabları məktəblərdən say hesabı ilə toplayaraq, bu biabırçılığı ictimayətdən gizlətməyə çalışırlar. Bu kitab Təhsil Nazirliyində bir neçə komisyadan keçərək sonda nazirin qərarı ilə çapa vedilib, məktəblərə verilir. Bu, xəyanət deyil, bəs nədir? Bu, ermənilərə işləmək deyil, bəs nədir? Bəs Dövlət Təhlükəsizlik Xidməti hara baxır bu məsələdə?”, – deyə bloger bildirib.
Məsələ ilə bağlı təhsil eksperti Əjdər Ağayev isə “aznews.az” saytına deyib ki, əgər Ermənistanın xəritəsini təbliğ etmək faktı meydandadırsa, bunu edənlər dövlət qarşısında məsuliyyətə cəlb olunmalıdır: “Əlaqədar orqanlar bu işə cavabdehdir. Kitabı kim nəşr edib? Kimlər rəy yazıb? Kitabın sonunda Ermənistanın xəritəsi əks olunub, aidiyyatı şəxslər onu necə görməyiblər? Bu yanaşmalar sağlam olmayan insanların hərəkətləridir. Onların bu hərəkətlərinə qarşı mübarizə aparmaq lazımdır. Bu məsələyə birbaşa nəşriyyat cavab daşıyır. Qurum cavab verməlidir ki, niyə Ermənistanın xəritəsini təbliğ edir?”.




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.