Qaradağda “ərəbzəngi - iki generalı üz-göz edən bacıoğludan müdhiş - Dosye

16-10-2017, 08:57   

Ötən il Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Sahib Hümbətov və onun müavini işindən azad edildi. Amma bu dəyişiklik DYP-nin Qaradağ postunda heç nəyi dəyişmədi.

anaxeber.info-ın xəbərinə görə, Qaradağ DYP postunda “ərəbzəngi”lərin fəaliyyəti iki generalı üz-üzə qoyub.
Daxili işlər naziri Ramil Usubovla Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovu toqquşduran Qaradağ postunun ləğvi tələb edilir.
Buna səbəb R.Zeynalovun bacısı oğlu Vüqarın postda komandirdən daha çox, “xırs quldurbasan” fəaliyyəti göstərməsidir.
Yük maşınları onun əlindən nə gələ, nə gedə bilirlər. Bu misli görünməmiş qanunsuzluq mətbuatın vaxtaşırı tirajlanıb, hətta video kadrlar yayımlanıb.
Ancaq R.Usubovun imicinə və reputasiyasına xələl gətirən R.Zeynalovun bacısı oğlu yolundan dönmür.
Hələ bir neçə gün əvvəl xəbər vermişdik - bir qrup yük maşını sürücüsü “Azəravtoyol” idarəsinə hər maşın üçün 200-250 manat məbləğində pul ödəyirlər.
Hətta buna görə onlara qəbz verilir. Deyilir ki, bu qəbzi tərəzi yoxlamasından keçməmək üçündür. Həqiqətən də ölkənin heç bir yerində, nə YPX, nə də nəqliyyat qurumları bu qəbzi almış sürücünü saxlamırlar. Təkcə Qaradağ postundan başqa...
Bu postun işçiləri xüsusi kobudluqla qəbz almış sürücüləri saxlatdırır, bildirirlər ki, bizim tanıdığımız bir rəhbər var o da - R.Zeynalovdur. O qəbz burada işləmir, zəhmət çəkin hər buradan keçəndə haqqımızı ödəyin.

Sürücülərin rüşvət ittihamı təkcə mediaya işıqlanmayıb, DİN-ə şikayət olunduğu deyilir. Onlar deyirlər ki, yolkəsənlərin özbaşınalığına son qoyulmasa Qaradağ postunun qarşısında yolu bağlayıb etiraz etməyə hazırdırlar.
Amma R.Zeynalovun bacısı oğlu Vüqar fikirləşmir ki, R.Usubovun qurduğu sistemə hansı şəkildə mənfi imic qazandırır.
Post komandirinin əlindən cana doyan yük maşını sürücülər tələb edirlər ki, problemə birdəfəlik aydınlıq gətirilsin: ya “Azəravtoyol”a ödəniş etsinlər ya da Qaradağ DYP postuna…
Maraqlıdır ki, sürücülər başqa postlarda oxşar mənzərə ilə qarşılaşmırlar. Hər halda başqa DYP postlarından eyni məzmunlu şikayət gəlməyib.

anaxeber.info-ın media üzərindən verdiyi məlumatda bildirilir ki, yük maşını sürücülərindən təkrar tərəzidən keçmək tələb olunur.
Bunun qanuni əsası olmadığını və əllərində qəbz olduğunu deyən sürücülər söyləyirlər ki, Qaradağ DYP postu qorxunc bir məntəqəyə çevrilib.
Diqqət çəkən məqam budur ki, ötən il Daxili İşlər Nazirliynin Daxili Təhqiqət İdarəsinin əməkdaşları daxil olmuş çoxsaylı müraciətlər və şikayətlər əsasında Qaradağ Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırmalar aparıblar.
Nəticədə DYPŞ-də ciddi qanun pozuntularına yol verildiyi, vətəndaşlara qarşı əsassız tələblər irəli sürüldüyü və digər hüquqazidd əməllərin üstü açılıb.
Ümumiyyətlə, R.Usubova R.Zeynalovun qohumlarından şikayətlər çoxalmaqdadır. Amma Qaradağ DYP stasionar postundan şikayətlərin sayı kütləviləşib.
Hələ 2015-ci ildə Saatlı rayon sakini Akif Əliyev “Bizim Yol”a müraciət edərək, avtomobilinin postda saxlanıldığını, avtomobilinin qanunsuz olaraq əlindən alındığını bildirmişdi:

“İyulun 29-da Baş etibarnamə ilə idarə etdiyim 10 VZ 602 dövlət nömrə nişanlı “Mercedes 190” markalı avtomobillə Saatlıdan Bakıya sərnişin apararkən Qaradağ postunda yol polisi tərəfindən saxlanıldım.
Postun əməkdaşları bildirdilər ki, ki, maşın üzərində həbs var və "Əlavə məlumat üçün Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edin”.
Maşını zorla əlimdən alaraq, cərimə meydançasına apardılar. BDYPİ-də isə məlum oldu ki, 2014-cü ilin iyul ayından 2015-ci ilin may ayınadək 38 dəfə radara düşmüşəm.
Halbuki bu haqda mənə heç bir bildiriş gəlməyib. İndiyədək mənə yazılan inzibati protokol yazılması olduğu halda, dərhal ödəmişəm ki, üstünə faiz gəlməsin.
Onu da deyək ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bir neçə gün qabaq açıqlama verib. Şöbə rəisi qeyd edib ki, Qaradağ DYP haqda sürücülərin müraciətindən xəbərdardır:

“Lakin nədənsə bu “narazı” sürücülərdən heç birinin nə adı, nə də soyadı göstərilməyib və onlardan bir nəfər də olsun yazılı və ya şifahi şəkildə Baş DYP İdarəsinə müraciət etməyib.
Görünür, həmin sürücülərin rəsmi qaydada müraciət etməmələrinin səbəbi mətbuat vasitəsilə YPX əməkdaşlarına təsir etməkdir ki, bununla da öz məqsədlərinə nail olsunlar, yəni kefləri istədikləri qaydada, istədikləri çəkidə yük daşısınlar.
Əlbəttə, 40 ton əvəzinə 60 ton, bəzən daha artıq yük daşıyan belə sürücüləri asfalt örtüyünün dağılması, yolların vaxtından əvvəl sıradan çıxması və ümumilikdə, yollarda təhlükəsizlik məsələləri düşündürmür”.
Ancaq məsələ sürücülərin nömrəsini gizlətməsində deyil, onlara “Azəravtoyol”dan qəbz verildiyi halda, DYP komandiri Vüqarın heç bir qəbzi tanımadıqlarını deməsidir.
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.