Büdcənin hər 100 manatından 38-i tikintiyə, 60 qəpiyi elmə xərclənəcək

25-10-2017, 19:43   

…Hər 100 manatdan 55 manat 10 qəpiyi neft pulu olacaq

İqtisadçı alim Qubad İbadoğlu Facebook statusunda yenə 2018-ci ilin büdcə layihəsindən, aparılan bölgüdən yazır:

– 2018-ci il üçün proqnozlaşdırılan Azərbaycan dövlət büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyi neft, 44 manat 90 qəpiyi isə qeyri-neft gəlirlərindən formalaşacaq. Büdcə gəlirlərinin hər 100 manatından 29 manat 94 qəpiyini Vergilər Nazirliyi, 12 manat 9 qəpiyini Dövlət Gömrük Komitəsi yığacaq, büdcəyə çatacaq hər 100 manatdan 3 manat 70 qəpiyi də cərimə və sanksiyalar hesabına toplanacaq.
Büdcə xərclərinə gəlincə, hər 100 manatdan 38 manatı tikintiyə, 19 manat 50 qəpiy müdafiəyə, milli təhlükəsizlik, hüquq mühafizə, məhkəmə və prokurorluq orqanlarının saxlanılması, 10 manat 80 qəpiyi xarici borclara xidmətə, 10 manat 50 qəpiyi sosial müdafiəyə, 9 manat 60 qəpiyi təhsilə, 6 manat 30 qəpiyi mənzil-kommunal, kənd tərərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, nəqliyyat və rabitəyə, 5 manat 90 qəpiyi idarəetməyə, 3 manat 50 qəpiyi səhiyyəyə, 1 manat 50 qəpiyi mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiyaya, 60 qəpiyi elmə, 7 qəpiyi isə ekologiyaya xərclənəcək.
Sizcə, bu nə qədər ədalətli bölgüdür?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.