Ukrayna Daxili İşlər nazirinin oğlu həbs edildi VİDEO
31-10-2017, 23:50
Ukrayna daxili işlər naziri Arsen Avakovun oğlu saxlanılıb. Bu barədə Ukrayna daxili işlər nazirinin keçmiş müşaviri İlya Kiva xəbər verib. O bildirib ki, Aleksandr Avakov Korrupsiya Əleyhinə Milli Büro əməkdaşlarının apardıqları axtarışdan sonra saxlanılıb. İ. Kivanın sözlərinə görə, axtarış nəticə vermədiyindən Korrupsiya Əleyhinə Milli Büro əməkdaşları nazirin oğluna məxsus telefon və planşetləri götürüblər. O əlavə edib ki, Aleksandr Avakov məhkəməyə aparılmalıdır.