Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İcra başçısı kitabdan da pul çıxarır

13-06-2014, 12:47   
İcra başçısı kitabdan da pul çıxarır
Lerikin icra başçısı rayonun kitabxana və klublarının təmiri üçün daxili büdcədə 150 min manat ayırıb və ayrılan vəsaitin hamısını nəqdləşdirərək mənimsənilib

Bu barədə Lerikdən PİA.AZ-a daxil olan məlumata görə rayon icra başçısı Rövşən Ağayev rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində olan 64 kitabxanın, 44 klubun və 20 kənd mədəbiyyət evinin adına cari təmir, dəftərxana, avadanlıqlar və sair işlər adı altında 150 min manat vəsait ayırıb. Həmin vəsait icra başçısına yaxın olan MMC-nin hesabına köçürülüb və bundan sonra ayrılan vəsait nəqləşdirilərək mənimsənilib.

Məlumata əsasən Rövşən Bağırov adı çəkilən maxinasyanı rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Aqil Sucayevlə, maliyyə idarəsinin müdiri Elman Abbasovla birlikdə həyata keçirib. Amma məlumatda iddia olunur ki, Lerik icra başçısı əldə mənimsənilən vəsaitdən maliyyə idarəsinin müdirənə, nə də mədəniyyət və turizm şöbəsinin müdirlərinə qara qəpik belə verməyib. Bu məsələ ilə bağlı Aqil Sucayevin narazılıq etdiyini maliyyə idarəsinin müdiri Elman Abbasov icra başçısına çatdırıb. Amma Rövşən Ağayev idarə müdirinə deyib ki, 64 kitabxanın işçilərinin yarısının aylıq əməkhaqqısının mənimsəyirsiniz bu sizı yetər.

Məlumatda o da qeyd olunur ki, təmiri nəzərdə tutulan kiğtabxana və klubların böyük əksəriyyəti formal olaraq sənəd üzərində çalışır. Bu mədəniyyət ocaqlarına ayrılan vəsaitləri isə bir qayda olaraq Lerik Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aqil Sucayevin mənimsədiyi qeyd olunur. Belə ki, ucqar dağ kəndlərindəki kitabxanaların müdirlərindən başqa bütün işçiləri yalnız kağız üzərindədir və onların əmək haqqılarını idarə müdiri Aqil Sucayevin çatır. Klub müdirləri isə saxta dərnək pullarının bir hissəsi ilə yetinməli olurlar.

Mövzuya qayıdacağıq
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar