Tofiq Zeynalov bütün qohumlarını vəzifə başına gətirib, siyahı yaxın günlərdə açıqlanacaq
Adətən Azərbaycanda bütöv bir nəslin hansısa bir rayonda bütün vəzifələrə sahib olması məsələsi gündəmə gələrkən ilk olaraq Ağsunun adı çəkilirdi. Səbəb rayonun icra başçısı Ənvər Seyidəliyevin bütün qohumlarına yüksək vəzifələr verməsi göstərilirdi. Amma Ağsu bu sırada ilk deyilmiş…
JAM.AZ-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, Ağsunun rəqibi olan rayon Tovuzdur. Belə ki, Tovuzun icra başçısı Tofiq Zeynalov rayondakı bütün vəzifələrə yalnız və yalnız öz qohumlarını təyin edib. Kənar şəxslərin burada vəzifə tutması yalnız 3-4-cü dərəcəsi işlərdə mümkündür. Onların irəli çıxması isə mümkün deyil.
Qeyd edək ki, belə dövzülməz vəziyyətin yaranmasına rəğmən, Zeynalov durumu idarə edə bilib. Hətta bu məsələni mətbuatın da diqqətindən müxtəlif üsullarla yayındırmağı bacarıb. Qohumlar arasında təkcə Zeynalovlar deyil, həmçinin qudalar, əqrabalar, əmizadələr, dayızadələr də var. Məqsəd isə rayonu rahatlıqla idarə etməklə yanaşı, həm də yol verilən yeyinti hallarının asanlıqla gizlədilməsidir.
JAM.AZ hazırda Tovuzda vəzifə başında olan icra başçısının bütün qohumlarının adını dəqiqləşdirib. Onlarla bağlı kiçik dəqiqləşdirmədən sonra isə oxucularımıza təqdim edəcəyik.