“QUSKA”, “GÜLƏRQEYT”, MTN IŞI VƏ OV MƏRƏZI...PREZIDENTƏ YAXIN BAŞÇININ MÜDHIŞ - DOSYESI

13-11-2017, 09:10   
“QUSKA”, “GÜLƏRQEYT”, MTN IŞI VƏ OV MƏRƏZI...PREZIDENTƏ YAXIN BAŞÇININ MÜDHIŞ - DOSYESI



Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı hakim ailəyə yaxın siyasi fiqurdur. Abidin Fərzəliyevin Bakının strateji rayonlarından birinə illərdir ki, rəhbərlik etməsinin səbəbi də məhz hakim ailə ilə qohumluq münasibətlərinin olmasıdır.
İcra başçısının prezidentlə yaxınlığı və əqrəba olması onun bu posta əbədi təyin olunduğu arxayınlığı yaradıb.
Hakim ailəyə yaxın ovçu pirim...
Belə olmasaydı, ağılagəlməz fantaziyaları və harın hərəkətlərindən çəkinərdi. Ancaq bu əsas vermir ki, A.Fərzəliyev hakim ailəyə yaxınlıq fürsətindən sui-istifadə eləsin.
Ölkə başçısı özü müşavirələrdə bildirib ki, harınlıq edənlər cəzalandırılacaqlar və onların kimliyi heç bir əhəmiyyət daşımayacaq.


anaxeber.info-ın media üzərindən apardığı araşdırmalarda isə belə nəticə hasil olur ki, Nərimanovun icra başçısı ov etməyə olan marağını şakərə çevirib və hətta bəzən insanları da ovlamaqdan həzz alır. A.Fərzəliyevin ov həvəskarı olmasını onu tanıyanlar təsdiqləyirlər.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısının ölkənin müxtəlif yerlərində, ov edilməsi qadağan olunan dövlət qoruqlarında belə ov ovlayıb, quş quşladığı barədə danışılır.
Hətta onun dövlət işlərini bir kənara qoyaraq Lənkərana ova yollandığı da bildirilir. Abidin Fərzəliyevin ov etmək üçün özünəməxsus müxtəlif sortlu itləri var və həmin itlərin sayı 20-yə yaxındır ki, onlara da xüsusi baxıcılar baxır.
Onun əsas ov məkanı isə Lənkəranın Sarı 2 kəndində yerləşən dövlət qoruğudur. İddialara görə, icra başçısının ov itlərinin hər birinin qiymət 10 min manatlarla ölçülür.
Ovda adam ovlamaq harınlığı

anaxeber.info-ın mətbuatda yayılan xəbərlər istinadən verdiyi məlumata görə, icra başçısının 20 min manata İngiltərədən it gətizdirməsi, hətta itinə qulluq etmək üçün həmin ölkədən təlimçi də dəvət etdirməsi məlumdur.
Hər ay öz itlərinə on min manatdan çox vəsait sərf edən başçının bütün bunları "quru maaşla” etməsinə isə heç uşaqları da inandırmaq olmaz.
Bildirilir ki, qızığın ov həvəskarı olan başçı ov etdiyi zaman səhvən adam vurub. Başçının gülləsinə tuş gələn şəxsi xilas etmək mümkün olmasa da A.Fərzəliyev müxtəlif yollarla özünü xilas etməyi bacarıb.
Bütün bu harınlıqları etməyə hakim ailəyə yaxın bir məmura kim səlahiyyət verib? Ona hansı imtiyazlar verilib ki, qıcıq doğuran addımlar atsın?!
Azərbaycanda son aylarda bəzi məmurların və uşaqlarının hərəkətləri A.Fərzəliyev üçün nümunə olmayıbmı?
Dövlətin və hakimiyyətin siyasi kursuna zidd fəaliyyət göstərməklə, cəmiyyətə acıq verən hərəkətlərlə icra başçıları, nazirlər nəyə nail olmaq istəyirlər?
A.Fərzəliyev hakimiyyətə və prezidentə qarşı olan kurs götürməklə hansı fəsadlar törədə biləcəyini hesablamır.
Heç bir məmur başqalarından fərqlənə bilməz və hamısı qanun qarşısında bərabərdir. Amma Nərimanov rayon rəhbərində bir təkəbbür var ki, prezidentlə qohumdur, istəsə adam ovlayar, istəsə quş quşlayar, istəsə dövlətdən oğurladığı pullarla cins ov itləri alar...
Hərçənd, ova xərclənən pullara Nərimanov rayonunda çoxlu problemləri həll etmək olardı. Rayon isə məmurlar tərəfindən “ov”lanıb və bölüşdürülüb. Bu talan siyasəti ilə bərabər məmur harınlığı, ov marazmının olması ikiqat hakimiyyətə təxribatdır.
“Quska” və İbadova seçki dəstəyi
anaxeber.info-ın mətbuatda yayılan xəbərlər istinadən verdiyi məlumata görə, Nərimanov icra başçısının yaşadığı ciddi problemlərdən biri də onun keçmiş deputat, hazırda Almaniyada mühacirətdə olan Hüseyn Abdullayevlə isti münasibətlərinin olmasıdır.
Fərzəliyevin hakimiyyətdəki rəqibləri bu məsələ barədə vaxtaşırı mediaya faktlar ötürürlər. Eyni zamanda bu barədə Prezident Administrasiyasına dosye göndərilib.
İddialara görə, 2005-ci ilin parlament seçkilərində Abdin Fərzəliyev Hüseyn Abdullayevə və hakimiyyətin hədəfində olan başqa bir keçmiş deputata - Rza İbadova dəstəyi olub.

Abdin Fərzəliyev həmin vaxt Nizami rayonunun icra başçısı olub. Rza İbadov isə seçkidə Rövnəq Abdullayevin rəqibi idi.
Abdin Fərzəliyev karyerasında ən böyük narahatlığı Gülər Əhmədova olayında keçirib. Bunun səbəbi isə icra başçısının bu hadisələrdə əsas fiqurlardan olan mərhum Sevinc Babayeva amili idi. İcra başçısı və Sevinc Babayeva münasibətləri ilə bağlı mediada ciddi iddialar səsləndirilib. Lakin o zaman hansı səbəbdən bu fakt diqqətdən kənarda qalıb.
Məlumatlara görə, Abdin Fərzəliyevin rəqibləri bu məsələni də yenidən gündəmə gətirmək niyyətindədirlər.
MTN və FƏTÖ arayışı
Mediada gedən xəbərlərə görə, Nərimanov İH-nin başçısı A.Fərzəliyevin istintaqda dindirilməsi haqda müfəsəl məlumatlar olmasa da, onun adı tez-tez Eldar Mahmudov dəstəsinin işində keçir.
Bu dəfə icra başçısı Mərdəkan qəsəbə sakini Əliyev Əliəsgər Ağababa oğlunun torpaq mübahisəsində iştirakçı olub.

MTN generalı Elçin Quliyevin məhkəməsindən sitat: “Elçin Quliyev də sabiq nazirə məruzə etdikdən sonra onu yanına çağıraraq ona nazir Eldar Mahmudovun torpaq sahələrinə çıxarış almaqda köməklik etməsi üçün onun qaynı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə müraciət etməsini tapşırıb”.
Türkiyənin mediaya ötürülən kəşfiyyat məlumatlarında Şahmar İbadovun adı belə çəkilir: “Şahmar İbadov – Bakü şehri, Nerimanov ilçe Kaymakamının birinci yardimçısı.Eski parlamento başkanı yardımçısı.Kaymakamlıkda söz sahibi biri tüm atamalar ona bağlı.İzni olmadan hiç kimse göreve alınmaz.Önceliyi kaymakamlıkda ve oraya bağlı kamu görevlerine yakınlarını ve Hizmet üyelerini göreve getirmek. İş adamı. Çocukları Gülen okulunda okumuş.
Ailesi ile bir kaç defa ABD olmuş. Hizmet uyelerinin mali işlerindeki sorumluluklarda üstlenir. Nerimanov ilçesinde yakınları ve akrabaları devlet hizmetinde çalışıyor.
15 Haziran olaylarından 8 ay önce Ceyhun Osmanlı kaymakamlığı ziyaret etmiş ve Nerimanov ilçe Kaymakamının birinci yardimçısı Şahmar İbadovla odasında buluşmuş.

Bundan sonra kaymakamliğa aid 10 AA 815 plakali arabası ile Şahmar İbadov şöforu ve kaymakamlikda çalışan müdür yardımçısı Togrul ve Eldaniz adlı kişilerin vasıtası ile Ceyhun Osmanlıya para vermiştir”.
Ən nəhayət, 11 yaşlı Altun adlı uşağın A.Fərzəliyevin karyera yüksəlişinə mane olmasına diqqət çəkilməsidir.
Altunu icra başçısı ilə bağlayan sıx tellər var və bundan xəbərdar olan hakimiyyət qırmızı xətt çəkərək Fərzəliyevin daha da yuxarılara getməsini qabaqlayır. Sadəcə, bəzi səbəblərdən Altun faktoru detallı şəkildə açıqlanmır.
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.