Yağış nə vaxta kimi davam edəcək?

13-06-2014, 14:52   
Yağış nə vaxta kimi davam edəcək?
Sabahdan başlayaraq ölkə ərazisində havanın temperaturu artacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacaq, səhər kəsiləcək. İyunun 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
İyunun 14 və 15-də paytaxtda mülayim cənub küləyi əsəcək. Tempuratur bu günə nisbətən 4-5 dərəcə yüksələcək.
Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Bölgələrdə də sabah hava şəraiti mülayimləşəcək. Azərbaycanın əksər rayonlarında da iyunun 14-ü səhər saatlarında yağışın kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Sabah səhər saatlarından yağış kəsəcək. Gün ərzində yağmursuz hava hökm sürəcək. Mərkəzi Aran rayonunda 30-35, dağlıq rayonlarda 19-24 dərəcə isti olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.