Abdin Fərzəliyevin mütəşəkkil korrrupsiyasiyasının qurbanları –Rusiya Prezidentinə müraciət etdi

22-11-2017, 09:37   

Rusiya Federasiyasının Prezidenti
Vladimir Vladimiroviç Putin Cənablarına
Azərbaycan Respublikası, Bakı şəhəri Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı və Rusiya Federasiyasının “Dostluq” ordeni ilə
təltif edilmiş Abdin Fərzəliyevin mütəşəkkil korrrupsiyasiyasının
qurbanları – Azərbaycan Respublikasının müxtəlif regionlarında yaşayan
sakinləri tərəfindən

M ü r a c i ə t


anaxeber.info-a yazan Gözdən Əlillər Cəmiyyətinin üzvüləri bildirirlər ki, biz, Azərbaycan Respublikasının vətəndaşları təmsil etdiyiniz dövlətin bizim dövlətlə
qarşılıqlı münasibətlərini, xüsusən də Sizin xoşməramlı fəaliyyətinizi çox yüksək
qiymətləndiririk. Bu münasibətləri, təmsil etdiyiniz dövlətin beynəlxalq səviyyədə
korrupsiyaya qarşı mübarizə və insan hüquqlarının qorunması üzrə müsbət fəaliyyətini
nəzərə alaraq, 2012-ci ildən etibarən üz-üzə qaldığımız mütəşəkkil korrupsiya, yüksək
səviyyəli məmur özbaşınalığı və s. problemlərimiz və mövcud durumumuz barədə Sizə
müraciət etməyə vadar olduq.
Narahatçılığa görə əvvəlcədən üzr istəyirik!
Bildiririk ki, yüksək vəzifəli dövlət məmuru, Prezident sərəncamı ilə təyin edilən –
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev öz statusundan, təmsil
etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən, həmin status və səlahiyyətlərdən
irəli gələn imkanlardan, vətəndaşların dövlət məmurlarına olan etimadından və dövlət
sənədlərinə olan inamlarından istifadə etməklə mütəşəkkül korrupsiya və dələduzluğun
ideyaçısı, təşkilatçısı və icraçısıdırlar.
Bu şəxslər sosial məsələlərin həlli kimi - “Gözdən əlillərin cəmiyyətə inteqrasiyasına
köməklik göstərilməsi”ni və “Sosial vəziyyətləri çətin olan ailələrin mənzillə təmin
edilməsi”ni əsas götürərək 2012-ci ildən etibarən 160-a yaxın sosial vəziyyətləri çətin
olan ailənin mənzillə təmin etmək adı ilə 8 (səkkiz) milyon ABŞ dolları məbləğində
pullarımızı mənimsəmişlər.
Baş vermiş korrupsiya və dələduzluq əməlləri “PİRAMİDA” formasında təşkil
olunmuş və həmin “PİRAMİDA”nın üzvləri Nərimanov Rayon İcra Hakimiyyətinin
başçısı, Nərimanov Rayon İcra Hakimiyyətinin müvafiq qurumları, Nərimanov Rayon
Polis İdarəsinin müvafiq qurumu, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri,
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin müvafiq qurumu, Bakı şəhər İcra
Hakimiyyətinin başçısının aparatının müvafiq qurumları.
Yuxarıda adları çəkilən dövlət məmurları olduqca böyük və bağışlanılmaz cinayət
hadisəsini həyata keçirmək üçün Azərbaycan Respublikasının müvafiq normativ hüquqi
akt və sənədlərinin tələblərini kobud surətdə pozmuşlar. Belə ki, saxta və qanunsuz dövlət
sənədləri hazırlanmaqla Respublikanın müxtəlif bölgələrində yaşayan və gözdən əlil
olmayan 160-a yaxın əlil olmayan şəxsi qeyri-qanuni olaraq rəsmi sənədlərdə əlil kimi
göstərməkmişlər. Bununla da hər birimizi qanunsuz olaraq Bakı şəhəri, Nərimanov
rayonu, F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən Azərbaycan Gözdən Əlillər
Cəmiyyətinə məxsus yataqxanaya qeydiyyata almışlar və Bakı şəhər İcra Hakimiyyətinin
başçısının aparatının rəhbəri Rasim Quliyevin razılığı ilə bizim hər birimizi Nərimanov
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qanunsuz sərəncamları ilə əlil kimi
mənzil növbəsinə götürmüşlər.

Bu saxta və qanunsuz dövlət sənədləri yalnız və yalnız kasıb və imkansız ailələrin
pullarına sahib olmaq məqsədi daşımışdır.
Bu cinayətkar dövlət məmurlarının bizlərə qarşı korrupsiya və dələduzluq halları
tərəfimizdən aşkarlanarkən öz əməllərini ört-basdır etmək, bizim pullarımıza tam sahib
olmaq məqsədilə bizlərin adlarına hazırladıqları bütün sənədləri ləğv etmişlər. Bu
korrupsionerlər ev vermək üçün bizlərlə birbaşa pul əlaqəsində olan və özlərinin etibarlı
adamı Nəsibov Məzahir Dursun oğlunu müvəqqəti sığınacaq üçün Almaniya dövlətinə
göndərmişlər (məqsəd: şahidi yox etmək), bizlərə qarşı şər-böhtan kompaniyasına
başlamış, bizi bu çirkin məqsədə qulluq edən yüksək səviyyəli dövlət və hüquq-mühafizə
orqanlarının məmurlarının hücumlarına məruz qoymuşlar.
Bunların da nəticəsində banklardan kredit götürüb, qohum-əqrabadan borc pul alıb ev
sahibi olmaq istərkən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin
və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin mütəşəkkül
korrupsiya və dələduzluq əməllərinin qurbanına çevrilmiş bizim ailələr acınacaqlı və ağır
şəraitlərdə, qohum-əqraba yanında və kirayələrdə yaşayırlar. Acınacaqlı həyat tərzi ilə
sağalmaz xəstəliklərə tutulmuşuq, intihar vəziyyətlərinə çatdırılmışıq, XXI əsrdə
hüquqsuz və müdafiəsiz insanlara çevrilmişik. Hətta öz dövlətimizdə vətəndaşlıq
qeydiyyatımızı da ləğv etdikləri üçün öz dövlətimizdə diri ikən səsvermə hüququndan,
öləriksə dəfn olunmaqdan məhrum olmuşuq. Artıq, əlaqədar dövlət məmurlarının qeyri-
sağlam məqsədli fəaliyyətləri nəticəsində korrupsiyanın «qanun», korrupsionerin isə
«ədalətli» hökmdar olmasına səbrimiz çatmır.
Bu göstərilənlər barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin
rəhbərliyinə və müvafiq struktur bölmələrinə, deputat blokunun hər bir üzvünə, ali və
yüksək səviyyəli müvafiq icra və hüquq-mühafizə orqanlarının rəhbərlərinə, onların
müvafiq struktur bölmələrinə, Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinə
və İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) və s. olan silsilə müraciətlərimizə,
dəfələrlə Prezident Administrasiyasında, Bakı şəhər İcra Hakimiyyətində, Baş
Prokurorluqda və digər dövlət qurumlarında qəbullarda olmağımıza, Prezident
Administrasiyasının, Baş Prokurorluğun və Milli Məslisin qarşısında keçirdiklərimiz
qısamüddətli mədəni piketlərə, 30-a yaxın media qurumlarında üz-üzə qaldığımız
problemləri ictimailəşdirməyimizə baxmayaraq, hakimiyyətdə təmsil olunan bu cür dövlət
məmurlarının bir-biri ilə sıx korrupsiya əlaqələri olduğu üçün bu günə qədər heç bir tədbir
görülməmiş, əksinə qanunsuz əməlləri ilə fəaliyyət göstərən yuxarıda adları çəkilən dövlət
məmurlarına yüksək səviyyəli dövlət məmurları tərəfindən şəbəkə halında himayədarlıq
edilir, sosial vəziyyətləri çətin olan bizim kimi insanların pulu üzərində baş vermiş dövlət
məmurlarının mütəşəkkül korrupsiya və dələduzluq faktlarına göz yumulur, bunlarla bağlı
ictimaiyyəti aldatmağa çalışırlar.
Öz xalqından quldurcasına mənimsədiyi 8 (səkkiz) milyon ABŞ dollar vəsaitin, eyni
zamanda öz dövlətində tutduğu vəzifədən istifadə etməklə əldə etdiyi çirkli pulların
yuyulması üçün başqa dövlətdə, yəni Rusiya Federasiyasının Həştərxan vilayətində
müxtəlif lahiyələr həyata keçirmiş və investisiya qoyuluşları etmiş Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Sizin tərəfinizdən Rusiya Federasiyasının
“Dostluq” ordeni ilə təltif edilmişdir. Bu halda həmin şəxsin “Dostluq” ordeni ilə təltif
olunması nə dərəcədə ədalət anlayışı ilə üstüstə düşür?
Möhtərəm Prezident! Sizlərə böyük inamımız və ehtiyacımız olduğu üçün Sizdən
xahiş edirik ki, yuxarıda göstərilən məsələlərə münasibət bildirəsiniz və bizim
hüquqlarımızın bərpasına köməklik göstərəsiniz..

anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.