Beyləqanda məmur özbaşnalığı davam edir – icra hakimiyyətinin hüquq şöbəsinin müdirinin qanunsuz hərəkətləri haqda daha bir şikayət məktubu. Bu dəfə GUNXEBER.COM-un redaksiyasına ünvanlanan müraciətdə Zakir Mehdiyevin rayona vurduğu ziyanan da bəhs olunub.
Redaksiyamıza müraciət edən Beyləqan rayon Bünyad Sərdərov küçəsi ev 37-də yaşayan Zalov Musa Fərman oğlu Z.Mehdiyevin qanunsuz əməllərindən şikayətlənib. Rayon sakininin redaksiyamıza ünvanladığı məktubu qısa redaktə ilə təqdim edirik – “Yazıb sizə bildirirəm ki, Beyləqan rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Zakir Mehdiyevin Dünyamalılar kəndində pay torpaqları var. Bu zaman necə olur ki, “Dosluq Damazlıq Birliyi Sovxozu”nun əhalisi uzun illərdir ki, torpaq həsrətində olduğu halda, Zakir Mehtiyev qanunsuz olaraq Savxoz ərazisində rayon Mərkəzi xəstəxanasının yanındakı torpaqlarımızı zəbt etmişdir. Z.Mehdiyev mənimsədiyi torpaqlarda qanunsuz tikililər və obeyktlər inşa etdirib. Həmin obyektlər heç bir qanunla uzlaşmır və dövlət qeydiyyatından keçirilməmişdir. O, obyektində çalışan şəxləsrlə heç bir əmək müqaviləsi imzalamamışdır. Hətta kassa aparatından belə istifadə etmir. Bununla yanaşı, nəqd hesablaşmalarda qəbz verməklə xidmət göstərilmir.
Hörmətli Gunxeber.com Xəbər Agentliyinin rəhbərliyi! Sizdən xahiş edirəm ki, icra hakimiyyətinin hüquq şöbəsinin müdirinin qa nunsuz əməlləri haqqında ictimaəti məlumatlandırasınız”.
Qeyd edək ki, Zakir Mehdiyevin qanunsuz əməlləri bununla da bitmir. GUNXEBER.COM-n əldə etdiyi məlumata görə, şöbə müdiri ETSN-nin rəyi olmada kanalın mühavizə zolağında tikinti aparıb və həmin obyektlərdən çirkli tullantıların kanala axıdılması bu gün də davam edir…
Onu da əlavə edək ki, Z.Mehdiyevdən bundan əvvəl də redkasiyamıza şikayət məktubu daxil olmuşdu. Məlumatlar arasında Z.Mehdiyevin işə gec gəldiyi üçün icra başçısı Vaqif Abdullayev tərəfindən töhmət verməsi də var idi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…