Sumqayıt şəhərinin bir qrup sakini etiraza qalxıb.
Azvision.az-ın məlumatına görə, 6-cı mikrorayon ərazisində yerləşən 29, 30, 31, 32-ci binaların sakinləri onlar üçün ayrılan istirahət meydançasının sökülməsinə etiraz ediblər. Sakinlər həmin ərazidə tikinti işlərinin qarşısını almaq üçün küçələrə çıxaraq narazılıq ediblər.
“Bu gün səhər saat 10 radələrində əraziyə İcra nümayəndələri ilə yanaşı bir neçə vəzifəli şəxs gələrək həmin ərazini pulla satın aldıqlarını bildirib”, -deyə sakinlər qeyd ediblər.
Meydançada tikinti işləri aparmaq istəyən iş adamının bu davranışı məhəllə sakinlərinin narazılığına səbəb olub. Əhali küçələrə tökülüşüb və polislə camaat arasında qarşıdurma yaranıb.
Sakinlər bildirirlər ki, həmin ərazidə uşaqların oynaması, istirahəti üçün başqa ərazi, demək olar, yoxdur.