ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton bir zamanlar İraqda hərbi əməliyyatların keçirilməsinə dəstək verdiyi üçün peşmandır.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Klinton özü bildirib.
"Mən İraqda müharibənin leyhibə səs verəndə səhv eləmişəm", - o France Inter radiostansiyasına müsahibəsində deyib.
İraqda 2003-cü ildə başlayan müharibə Səddam Hüseynin devrilməsi ilə nəticələnib. Həmin vaxt Klinton Nyu-York ştatından senator olub. Həmin vaxt ABŞ rəhbərliyi iddia edirdi ki, İraq hakimiyyəti terrorçularla əməkdaşlıq edərək kütləvi qırğın silahları hazırlayır. İraqın işğalından sonra isə iddiaların heç biri öz təsdiqini tapmadı. Nəticədə ölkə böyük xaos və qarşıdurmalar meydanına çevrildi.