Komandirlər Goranboyda öldürülən erməni əsgərə zülm edib

13-06-2014, 17:17   
Komandirlər Goranboyda öldürülən erməni əsgərə zülm edib
İki gün əvvəl Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın Goranboy rayonu istiqamətindəki mövqelərində əsgər yoldaşı tərəfindən başından güllələnərək öldürülən 20 yaşlı erməni əsgəri Derenik Manukyanın ailə üzvləri orduda hökm sürən vəziyyəti “bardak” adlandırıb.

Derenik Manukyanın anası oğlunun öldürüldüyünü eşidəndə vəziyyəti kəskin pisləşib və qadını reanimasiyaya yerləşdiriblər.

Erməni jurnalistlər Manukyanın ailəsinə baş çəkiblər. Bildirilir ki, bu vaxta qədər nə Müdafiə Nazirliyi, nə də hərbi hissənin komandirləri əsgərin öldürülməsinin səbəbləri barədə ailəyə məlumat verməyiblər.

Derenikin atası Aram Manukyan deyib ki, oğlunun orduda problemi olmayıb və o, heç vaxt şikayət etmirdi.

“Oğlanı mənfi 5 görmə ilə ön xəttə göndəriblər. Bundan başqa, onun onurğasında problemlər var idi, buna baxmayaraq ön xəttə qədər 12 kiloqramlıq pulemyotla 20 kilometrlik yolu piyada getməyə məcbur ediblər” - deyə Derenikin xalası Karine bildirib.

Onun sözlərinə görə, Derenikin qardaşını da eyni sağlıq problemləri ilə orduya çağırıblar.

“Biz orduya salamat uşaq vermişik, indi cəsədini geri alırıq. Budur bizim ordu, bizim Müdafiə Nazirliyi?! Bunu ancaq bir sözlə izah etmək olar - bardak və ya bespredel” - deyə əsgərin digər qohumu Tamara Manukyan bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.