anaxeber.info:Redaksiyamıza yazan Nərimanov Rayon sakini bildirir ki,
Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət və dövlət hakimiyyətinin yeganə
mənbəyi Azərbaycan xalqı olduğu halda, Nərimanov Rayon İcra Hakimiyyətinin
(RİH) başçısı Abdin Fərzəliyev “MUMYALANMIŞ TOXUNULMAZLIQ”
statusuna malikdir.
Bu status necə təsis edilmişdir? – Bu status, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Cənablarının sərəncamları ilə təyin edilən, ancaq dövlətə,
dövlətçiliyə, xalqın mənafeyinə və s. zidd olan, çirkli pullar hərisi, yüksək vəzifələrdə
olan qeyri-sağlam əqidəli məmurlar tərəfindən formalaşdırılır və insanların şüuruna
yeridilir.
İH-in başçısı Abdin Fərzəliyev nəyə görə “MUMYALANMIŞ
TOXUNULMAZLIQ” statusu almışdır? – Abdin Fərzəliyev ilk növbədə Naxçıvan
Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. Azərbaycan
Respublikasının Prezidenti ilə qohumluq əlaqəsi mövcuddur, onun sərəncamları ilə bir
vəzifədən digər vəzifələrə təyin olunmuş və dövət mükafatları ilə təltif olunmuşdur.
YAP Siyasi Şurasının və Milli Olimpiya Komitəsində İcraiyyə Komitəsinin üzvüdür
və s.. Bu statusu fomalaşdıranlar çirkin şəxsi istəkləri naminə, yuxarıda göstərilən
titullardan “MUMYALANMIŞ TOXUNULMAZLIQ” statusuna “bazis” kimi istifadə
edərək, Abdin Fərzəliyevə xas olan aşağıdakı əməllərə himayədarlıq etmişlər:
Abdin Fərzəliyev ÇOVDAROVÇULARDAN daha dəhşətli və mütəşəkkil olan
FƏRZƏLİYEVÇİLƏR formalaşdırmışdır;
vətəndaşların dövlət məmurlarına olan etimadından və dövlət sənədlərinə olan
inamlarından istifadə etməklə mütəşəkkül korrupsiya və dələduzluq yolu ilə
pullarını mənimsəməyin ideyaçısı, təşkilatçısı və birbaşa icraçısıdır;
mülkiyyətdən insan və vətəndaş hüquqları, azadlıqları, cəmiyyətin və dövlətin
mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə məharətlə istifadə edir;
korrupsiyanın yeni modelinin – korrupsiyanın quldurluqla sintezinin müəllifidir;
heyvanları güllələmək kimi qəddarlıq və rəhmsizlik əməllərini, hətta Allah
tərəfindən əlil olan və sosial vəziyyətləri çətin olan ailələrə də tətbiq etməklə
onların mülkiyyətlərini mənimsəmiş, onları sağalmaz sosial bəlalara düçar etmişdir
və s..
Beləliklə, yüksək vəzifələrdə olan qeyri-sağlam əqidəli məmurlar şəxsi mənafeləri
naminə Abdin Fərzəliyevə nəinki “MUMYALANMIŞ TOXUNULMAZLIQ” statusu
formalaşdırmışlar, hətta onun qanunsuz hərəkətlərini müdafiə edirlər və belə əməllərə
şərait yaratmaqdadırlar.
anaxeber.info-a yazan Nərimanov Rayon sakini onu da bildirir ki, belə ki, yaşayış binalarının və evlərin tikintisinə rəvac vermək, insanların mənzil
hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görmək dövlət siyasəti olduğu halda,
Bakı şəhəri Nərimanov RİH-in başçısı Abdin Fərzəliyev və Azərbaycan Gözdən
Əlillər Cəmiyyətinin (Az. GƏC) sədri Səmyar Abdullayev öz statusundan, təmsil
etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən, həmin status və səlahiyyətlərdən
irəli gələn imkanlardan, vətəndaşların dövlət məmurlarına olan etimadından və dövlət
sənədlərinə olan inamlarından istifadə etməklə sosial vəziyyətləri çətin olan 160
ailəni (bizləri) “ev vermək” adı ilə aldadaraq, onların kiçik evlərini və torpaq
sahələrini satdırıb, banklardan kredit götüzdürüb, qohum-əqrabadan borc pul
aldırtdırıb, dövlət layihələrinə uyğun olaraq sökülmüş evlərinə görə aldıqları və s. 8
(səkkiz) milyon manat pullarını mənimsəmişlər.
Bu şəxslərin rəhbəliyi və təşkilatçılığı ilə FƏRZƏLİYEVÇİLƏRİN mütəşəkkül
korrupsiya və dələduzluq fəaliyyəti əsasən “PİRAMİDA” formasında təşkil
olunmuşdur. “PİRAMİDA”nın üzvləri Nərimanov RİH-in başçısı, Nərimanov RİH-in
müvafiq qurumları, Nərimanov RPİ-in müvafiq qurumu, Az. GƏC-in sədri, Az.GƏC-
in müvafiq qurumu, Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının müvafiq
qurumları, Məzahir Nəsibov və onun kimi ayrı-ayrı qeyri-sağlam əqidəyə malik
şəxslər olmuşlar. Bakı şəhəri Nərimanov RİH-in başçısı Abdin Fərzəliyev və Az.
GƏC-in sədri Səmyar Abdullayev bu mütəşəkkil cinayətkar qrupun ideyaçıları,
təşkilatçıları olmaqla bərabər, həm də birbaşa icraçıları olmuşlar. Belə bir səbəb
üzündən də, Bakı şəhəri Nərimanov RİH-in adı “korrupsiya və dələduzluq
universiteti” kimi məşhurlaşmışdır.
Adı çəkilən şəxslər olduqca böyük və bağışlanılmaz cinayət hadisəsini həyata
keçirmək üçün Nərimanov rayonunun gözdən əlillərə məxsus ərazisində - F.Yusifov
küçəsi, 40 ünvanında tikilən 12 mərtəbəli 132 mənzilli binanın yuxarıdakı 8
mərtəbəsini bizlərə satış kimi alət etmişlər. Bu məqsədlə, yuxarıda adları çəkilən
dövlət məmurları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi akt və
sənədlərinin tələblərini kobud surətdə pozmuşlar. Belə ki, onlar saxta və qanunsuz
dövlət sənədləri hazırlamaqla Respublikanın müxtəlif bölgələrində yaşayan və gözdən
əlil olmayan 160 şəxsi qeyri-qanuni olaraq rəsmi sənədlərdə əlil kimi göstərmişlər.
Bununla da hər birimizin ailəsini qanunsuz olaraq Bakı şəhəri, Nərimanov rayonu,
F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə
məxsus yataqxanaya qeydiyyata almışlar və Bakı şəhər İcra Hakimiyyətinin başçısının
aparatının rəhbəri Rasim Quliyevin razılığı ilə bizim hər birimizi Nərimanov Rayon
İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qanunsuz sərəncamları ilə əlil kimi
mənzil növbəsinə götürmüşlər.
Beləliklə, dövlət məmurları və dövlət orqanlarının səlahiyyətlərini yerinə
yetirən qeyri-dövlət orqanlarında aidiyyatı vəzifəli şəxslər tərəfindən törədilən
yuxarıda göstərilən cinayətin məqsədi sosial vəziyyətləri çətin olan ailələrin
(bizlərin) pullarını mənimsəmək, mahiyyəti isə vəzifəli şəxslərin öz statusundan,
təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən, həm də həmin status
və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə sosial vəziyyətləri
çətin olan ailələrdən (bizlərdən) mənimsədikləri pulları öz şəxsi məqsədləri üçün
istifadə etməkləri olmuşdur. Bu baxımdan hesab edirik ki, baş vermiş cinayətin
əsas amili korrupsiyadır. Dələduzluq faktları isə korrupsiya nəticəsində baş
vermişdir.
anaxeber.info-a yazan Nərimanov Rayon sakini bildirir ki,FƏRZƏLİYEVÇİLƏRİN yuxarıda göstərilən korrupsiya və dələduzluq əməlləri
aşkarlanarkən, onlar özlərinin əməllərinə hüquqi qiymət verilməməsi, mənimsədikləri
8 (səkkiz) milyon manata tam sahib olmaq, özlərinin və korrupsiyanın gücünün
nümayiş etdirmək məqsədilə pullarını mənimsədikləri insanlara məlumat verilmədən
onların barəsində hazırlanmış bütün sənədləri, o cümlədən mənzil növbəliliyi barədə
özlərinin verdikləri sərəncamları, əvvəlki qeydiyyatlarımız bərpa olunmadan
vətəndaşlıq qeydiyyatlarını ləğv etmişlər. Özlərinin ortağı olan və 160 nəfərdən
birbaşa pulların alınmasında iştirak edən Məzahir Nəsibovu isə Almaniyada yaşamağa
göndərmişlər.
Bu göstərilənlərlə yanaşı, FƏRZƏLİYEVÇİLƏR özlərinin mütəşəkkil korrupsiya
və dələduzluq əməllərini Məzahir Nəsibovun üzərinə yönəltməklə, onun barəsində
09.07.2016-cı il tarixdə Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası
CM-nin 178.3.2-ci – “Külli miqdarda dələduzluq” maddəsi üzrə cinayət işi açdırmış
və dələduz Məzahir Nəsibovun isə Respublikada olmadığı (qəsdən gətirilmir) nəzərə
alınaraq, cinayət işini Nərimanov RPİ-də dayandırtdırmışlar.
Nəhayət, 1 il 6 aydan sonra – 2017-ci ilin may ayında həmin məsələ yenidən
baxılması üçün Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş idarəsinə
göndərilmişdir.
Hal-hazırda FƏRZƏLİYEVÇİLƏR tərəfindən planlı və məqsədli şəkildə
törədilmiş olduqca böyük və bağışlanılmaz cinayət hadisəsinə yüksək səviyyəli dövlət
məmurları və Baş Prokuror tərəfindən şəbəkə halında himayədarlıq edilir. Bunun da
nəticəsində Korrupsiya qarşı Mübarizə Baş idarəsində də aparılan istintaq baş
vermiş cinayət işinin mahiyyətini əhatə etmir. Belə ki, həmin cinayət işi üzrə
araşdırma aşağıdakı 2 istiqamət üzrə aparılır:
I İSTİQAMƏT – mütəşəkkil korrupsiya və dələduzduqdan yayınma, ana xətt:
baş vermiş mütəşəkkil korrupsiyanın əsas fiquru olan Nərimanov RİH-in
başçısı Abdin Fərzəliyevin “toxunulmazlığı” gözlənilir. Bu baxımdan da dövlət
məmurları tərəfindən, o cümlədən birbaşa Abdin Fərzəliyevin iştirakı ilə
normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla hazırlanmış əsassız və
saxta sənədlərə və bizlərdən 8 (səkkiz) milyon manatın alınmasına səbəb olan
Abdin Fərzəliyevin qanunsuz sərəncamlarına, bu işin sayca 10 nəfərdən çox
olan “makler”lərinin dələduzuq əməllərinə hüquqi qiymət verilmir. İstintaq
zamanı dövlət məmurları tərəfindən Respublikanın müxtəlif regionlarından
olan 160 sosial vəziyyətləri çətin olan (kasıb) ailələrin dövlət məmurlarına olan
etimadından və dövlət sənədlərinə olan inamlarından istifadə olunaraq, mənzil
verilməsi adı ilə 8 (səkkiz) milyon manat pullarının mənimsənilməsi faktı
təsdiqlənməsinə baxmayaraq, əsassız olaraq bir həftəyə kimi bu işə
baxılmasının rəsmi olaraq dayandırılması gözləniir. Səbəb: Abdin
Fərzəliyevin Almaniyaya qaçırtdığı ortağı Məzahir Nəsibovun (160 nəfərdən
birbaşa 8 milyon manatın alınmasında iştirak edən) Azərbaycanda olmaması.
Baxmayaraq ki, Məzahir Nəsibov skype vasitəsilə istintaqa cəlb olunmuşdur.
Almaniya dövlətinə göndərilən cinayətkar Məzahir Nəsibovun tutularaq
Azərbaycan Respublikasına gətirilməsi barədə 09.07.2016-ci il tarixdə məhkəmə
qərarının olmasına baxmayaraq, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin
qeyri-sağlam məqsədli fəaliyyəti nəticəsində adı çəkilən cinayətkar bu günədək
qəsdən Azərbaycana gətirilmir (hətta İNTERPOLA da verilməmişdir). Hüquq
mühafizə orqanları əməkdaşları həmin cinayətkarın məskunlaşdığı ərazi barəsində
dəqiq məlumata malikdirlər, hətta onunla skype və telefon danışıqları da
mövcuddur;
II İSTİQAMƏT – I istiqamətə aid olmayan, ancaq baş vermiş bu mütəşəkkil
korrupsiyadan istifadə edərək ayrı-ayrı şəxslərin 8 milyon manatdan əlavə
müəyyən məbləğdəki dələduzluq əməlləri və bizlərin Azərbaycan Gözdən
Əlillər Cəmiyyətinin yataqxanasına qanunsuz olaraq qeydiyyata
alınmağımızın Abdin Fərzəliyevin “toxunulmazlığına” zərər gətirməyən
hissəsi üzrə araşdırma aparılır və bu prosesdə 2-3 nəfərin Azərbaycan
Respublikası CM-nin dələduzluq və saxta sənəd düzəltmə kimi maddələrlə
ittiham olnması gözlənilir. Bu da bir həftəyə yekunlaşmaq üzrədir.
Bu qeyd olunanlarla əlaqədar sual olunur:
dövlət məmurları tərəfindən əsassız və saxta sənədlərin hazırlanmasına,
normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla qanunsuz sərəncamların
verilməsinə səbəb olan 160-a yaxın ailədən 8 (səkkiz) milyon manat məbləğində
pulların mənimsənilməsi – korrupsiya amili deyilmi?
Bununla da hesab etmək olar ki, Korrupsiya qarşı Mübarizə Baş idarəsi
tərəfindən aparılan istintaq da Nərimanov RİH başçısı Abdin Fərzəliyevin və
FƏRZƏLİYEVÇİLƏRİN “eviniz olacaq” adıyla 160 ailəni aldadaraq
mənimsədikləri 8 milyon manata tam sahib olmasına köməklik məqsədi daşıyır.
Bu göstərilənlərlə bağlı 2 ilə yaxın müddətdir ki, saysız-hesabsız faktlarla dəfələrlə
(600-dən çox) Sizə, Azərbaycan Respublikasının ali və yüksək səviyyəli müvafiq icra
və hüquq mühafizə orqanlarına, Milli Məclisinə (hətta 125 deputatın hər birinə),
Ombudsmanına, Konstitutsiya Məhkəməsinə olan müraciətlərimizə, keçirilmiş
qısamüddətli mədəni piketlərdə, ölkə mediasında – internet TV-lərdə, saytlarda və
qəzetlərdə silsiləli olaraq işıqlandırılmasına baxmayaraq, hakimiyyətdə təmsil olunan
bu cür dövlət məmurlarının bir-biri ilə sıx korrupsiya əlaqələri olduğu üçün bu günə
qədər FƏRZƏLİYEVÇİLƏR barədə heç bir tədbir görülməmiş, onların dövlətə,
dövlətçiliyə, siyasi hakimiyyətə, kasıb ailələrə və s. vurduqları maddi və mənəvi
zərərlərə göz yumulmuş və onların fəaliyyətlərinə heç bir hüquqi qiymət
verilməmişdir.
Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun
sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalmalı olduğu halda, Nərimanov
RİH-in başçısı Abdin Fərzəliyevin və Az. GƏC-in sədri Səmyar Abdullayevin
mütəşəkkül korrupsiya və dələduzluq əməlləri sayəsində bizim ailələr 7 (yeddi) ildir
ki, acınacaqlı və ağır şəraitlərdə, qohum-əqraba yanında və kirayələrdə yaşayırlar.
Acınacaqlı həyat tərzi ilə sağalmaz xəstəliklərə tutulmuşuq, intihar vəziyyətlərinə
çatdırılmışıq, hətta bu və bu kimi səbəblərdən dünyasını dəyişənlərdə olmuşdur. XXI
əsrdə hüquqsuz və müdafiəsiz insanlara çevrilmişik. Hətta öz dövlətimizdə vətəndaşlıq
qeydiyyatımızı da ləğv etdikləri üçün öz dövlətimizdə diri ikən səsvermə hüququndan,
öləriksə dəfn olunmaqdan məhrum olmuşuq.
Bu yuxarıda göstərilənlərdən belə qənatə gəlmək olar ki, Abdin Fərzəliyevin 3-
cü dərəcəli “Vətənə xidmətə görə” ordenlə təltif edilməsi FƏRZƏLIYEVÇILƏRƏ
əlavə olaraq fövqaladə divident qazandırmışdır. Bundan sonra, yəqin ki, Abdin
Fərzəliyevin insanları korrupsiya məngənəsində sıxmaq planlarını, onun bahalı
silahları ilə insan ovu əvəz edəcəkdir. O, sürü ilə olan itlərini insan əti ilə
yemləyəcək, ovladıqları insanların mənzillərini isə quldurcasına tar-mar
etdirəcəkdir.
Artıq, Azərbaycanda əlaqədar dövlət məmurlarının qeyri-sağlam məqsədli
fəaliyyətləri nəticəsində korrupsiyanın «qanun», korrupsionerin isə «ədalətli» hökmdar
olmasına dözmək mümkün deyl.
anaxeber.info