İran bayrağını pivə butulkalarına həkk elədilər

14-06-2014, 11:12   
İran bayrağını pivə butulkalarına həkk elədilər
İran parlamentinin mühafizəkar deputatı Həmid Rəsayi jurnalistlərə açıqlamasında Braziliyada keçirilən dünya futbol çempionatında İran bayrağının pivə şüşələri üzərində və onların qapaqlarında həkk olunmasından gileylənib.

Braziliyada keçirilən dünya çempionatına qatılan 32 ölkənin bayraqları pivə və digər alkoqollu içkilərin şüşələrində, eləcə də qadınların geyindiyi paltarlara həkk edilərək yayılıb.

“Media forum”-un məlumatına görə, Həmid Rəsayi deyib ki, bu hadisədə ölkənin futbol federasiyasının rəsmiləri məsuliyyət daşıyır: “Bu, İran İslam Respublikasının bayrağına hörmətsizlikdir. Şərab və digər alkoqollu içkilərin şüşələrindən başqa İran bayrağını həm də yarıçılpaq qadınların şalvarlarına da həkk ediblər. Sözsüz ki, bu, FİFA-nın qərarı və proqramına əsasən olub. Lakin İran Futbol Federasiyasının rəhbərləri öz vəzifələrini əvvəlcədən düzgün yerinə yetirsəydilər, ölkə bayrağına olan bu kimi hörmətsizliklərin qarşısını almaq mümkün olardı”.

Virtualaz.org xatırladır ki, futbol üzrə bu dünya çempionatı həm də İranın atacağı orijinal bir addımla yadda qalacaq. Belə ki, İran dünyaya barış mesajı vermək və ekologiyanın mühafizəsinə diqqət çəkmək məqsədi ilə bütün iştirakçı ölkələrə üzərində nəsli kəsilməkdə olan heyvanların şəkli olan futbol topu verəcək.

İran millisinin kapitanı Cavad Nekounam çempionatın ilk görüşündə Argentina ilə oynayacaqları oyunda həmin toplardan birini Messiyə verəcəyi bildirilir. Kampaniya da məhz bununla start götürəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.