“Naxçıvan istiqamətində müharibəyə hazır deyilik”

14-06-2014, 11:18   
“Naxçıvan istiqamətində müharibəyə hazır deyilik”
“Bundan sonra Qarabağ konflikti lokallıqdan çıxıb regional xarakter daşıyacaq”.

Bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Naxçıvanın Ermənistanı çökdürmək üçün ən ideal müharibə meydanı olduğunu bildirib:

“Naxçıvan Türkiyə və İrəvanla yaxın olduğu üçün Ermənistan üçün ən əlverişsiz istiqamətdir. Ona görə də Ermənistan ordusunun burada intensiv atışmalara başlamasını təsəvvür etmək çox çətindir. Görünür, “Regnum”un yaydığı informasiya yalnız cəbhədə vəziyyəti gərginləşdirməkdən ötrüdür. Nəzərə alsaq ki, hadisə zonası rus hərbi bazaları ilə yanaşı yerləşir, o zaman bunu Rusiya və Türkiyəni danışıqlar prosesinə cəlb etmək kimi anlamaq olar. Aydındır ki, Rusiya və Türkiyə gərginliyin azaldılması üçün diplomatik addımların atılması ilə bağlı çıxış edəcək. Bundan sonra Qarabağ konflikti lokallıqdan çıxıb regional xarakter daşıyacaq. Burada atılacaq ilk addım Rusiya-Türkiyə faktorunun gücləndirilməsi olacaq. Əvəzində, ATƏT-in Minsk Qrupu faktoru öz gücünü itirəcək. Lavrovun Bakıya səfərindən sonra bilənəcək ki, bizi gələcəkdə hansı sürprizlər gözləyir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.