“Allah belə Putinin nə edəcəyini təxmin edə bilməz”.
Bu açıqlama ilə Gürcüstanın Müdafiə naziri İrakli Alasaniya çıxış edib.
O, Abxaziya və Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi məsələsinin təxmin etməyin mümkün olmadığını bildirib. Müdafiə naziri Ukraynadakı hadisələrin Rusiyanın öz yaxın qonşularına qarşı siyasi anneksiyaları davam etdirdiyinin bir daha sübutu olduğunu deyib.