ABŞ-ın İraq sahillərinə təyyarədaşıyan gəmi göndərəcəyi və gəminin Basra körfəzində yer alacağı məlum olub.
Axar.az xəbər verir ki, Pentaqon təyyarədaşıyan gəmisini İraqın Hərbi Hava Qüvvələrinə dəstək məqsədilə göndərir.
Basra körfəzinə göndəriləcək təyyarədaşıyan gəminin “USS HV Buş” (USS George HW Bush) olacağı da dəqiqləşib.
Xatırladaq ki, özünü “İraq Şam İslam Dövləti” adlandıran qruplaşmanın Kərkük və Mosulu ələ keçirəndən sonra Bağdada doğru irəliləməsi dünya liderlərini hərəkətə gətirib. ABŞ Prezidenti Barak Obama dünən verdiyi açıqlamada İraqa yenidən hərbi müdaxilə edə biləcəkləri ilə bağlı məsələnin artıq müzakirəyə çıxarıldığını açıqlamışdı.
[media=http://www.youtube.com/watch?v=-Z7kn0xvUZ4]